Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Almaniya xarici tələbələr üçün viza qaydalarını sadələşdirir

25.03.2024 22:02 1 512
Almaniya xarici tələbələr üçün viza qaydalarını sadələşdirir
Almaniya xarici beynəlxalq tələbələr üçün viza qaydalarını sadələşdirir.

Qaynarinfo xəbər verir ki, "Schengenvisainfo” portalının məlumatına görə, mart ayından qüvvəyə minən "İxtisaslı işçilər haqqında” qanun Almaniyada tələbə vizası ilə gələn əcnəbilərə işləməyə icazə verir.

Bundan əlavə, təhsilin başlamasına 9 ay qalmış tələbə vizası alıb Almaniyaya daxil olmaq və bu müddət ərzində yarım gün (həftədə 20 saata qədər) işləmək mümkün olacaq. Güman edilir ki, bu doqquz ay ərzində belə viza sahibləri ingilis və ya alman dili kursları keçə, qəbul üçün ərizə hazırlaya və ölkə ilə tanış ola bilərlər. Əvvəllər belə bir vizanı əldə etmək mümkün olsa da, belə vizanın sahibinə işləmək qadağan edilirdi və bu, maliyyə imkanı zəif ailələrdən olan tələbələri narahat edə bilərdi.

Tələbə vizası sahibləri təqvim ilində 120-140 gün tam və ya 280 gün part-time işləyə bilərlər.

"İxtisaslı işçilər haqqında” qanuna əsasən, Almaniya universitetini bitirmiş Aİ-dən kənar ölkələrin vətəndaşları qanuni olaraq 18 ay ölkədə qala və bu müddət ərzində iş axtara biləcəklər. Onlar öz ixtisasları üzrə iki il işlədikdən sonra daimi yaşayış icazəsi üçün müraciət edə biləcəklər. Təhsilini başa vurduqdan sonra əldə etdikləri ixtisasdan kənar işləmək istəyənlər viza növünü dəyişərək tələbə vizası əvəzinə ixtisaslı işçi vizası və ya Mavi Kart almalı olacaqlar.скачать dle 11.3
Mojo.az Banner