23:04 VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib  |     22:41 Avtomobil almaq istəyənlərin nəzərinə - Yanvarın 1-dən..  |     22:23 ABŞ-dən İraqa XƏBƏRDARLIQ  |     22:06 Daha 10 təqsirləndirilən şəxslə bağlı sübutlar elan olundu - MƏHKƏMƏ  |     21:43 İçərişəhərdə Zəfər Gününə həsr olunmuş musiqili parad keçirilib - Video  |     20:56 Bu məktəbə direktor təyin edildi  |     20:39 Peskovun ulu babası Bakıda güllələnibmiş  |     20:28 Sumqayıtda "motosiklet dələduzluğu" - İcarəyə götürdü, sonra satdı  |     20:28 Gəncədə qadın qətlə yetirildi  |     19:38 Türkiyənin müdafiə naziri Azərbaycana gəlib  |     19:24 Milli Qəhrəman Pəncəli Teymurovun anası: "İnanırdım ki, Prezidentimiz oğluma yüksək dəyər verəcək"  |     19:09 Ruben Amorim ən yaxşı seçildi  |     18:55 Qaradağda erkən nikahın qarşısı alındı  |     17:59 Azərbaycanda növbəti torpaq hərracları elan edildi  |     17:52 Metro Zəfər Günü gücləndirilmiş rejimdə işləyəcək  |     17:24 Prezidentin "Milli Qəhrəman" adı ilə təltif etdiyi Pəncəli Teymurov kimdir?  |     17:23 Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsinə dəyişiklik edildi  |     17:03 "Pajiznicesi" ləqəbli bloqer həbs edildi  |     17:01 Bloqer Tural Sadıqlının da ittiham olunduğu cinayət işi yeni hakimin icraatına verilib  |     16:14 Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib  |    

Azərbaycan İnsan İnkişafı İndeksində mövqeyini yaxşılaşdırıb

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən hazırlanan İnsan İnkişafı İndeksində (İİİ) dünyanın 193 ölkə və ərazisi arasında 89-cu yerdə qərarlaşıb.

“Report” hesabata istinadən xəbər verir ki, indeks 2022-ci il üçün məlumatları təqdim edir. Ölkə 2021-ci illə müqayisədə mövqeyini 6 pillə yaxşılaşdırıb.

Ölkələr insan inkişafının üç əsas göstəricisi - gözlənilən ömür uzunluğu, gözlənilən və faktiki təhsil müddıti və adambaşına alıcılıq qabiliyyəti pariteti ilə ölçülən ümumi milli gəlir üzrə qiymətləndirilib.

Orta ömür uzunluğu 73,5 il olan azərbaycanlılar 12,7 il təhsil alır, adambaşına düşən ümumi gəlir isə 15 018 ABŞ dolları təşkil edir.

2022-ci ildə Azərbaycanın İİİ-dəki göstəricisi 0,760 (maksimum dəyər - 1,000) olub. Ölkə İİİ göstəricisinə görə yüksək olan ölkələr kateqoriyasına daxil olub. Reytinqdə Azərbaycan Peru ilə Braziliya arasında yer alıb.

İndeksin lideri 0,967 göstərici ilə İsveçrə olub. İlk beşliyə həmçinin Norveç (0,966), İslandiya (0,959), Honkonq (0,956) və Danimarka (0,952) daxil edilib.

BMTİP-nin insan inkişafı üzrə yeni hesabatı “Dalandan çıxış: Qütbləşmiş dünyada əməkdaşlığı yenidən düşünmək” adlanır. Ekspertlərin proqnozlarına görə, 2020 və 2021-ci illərdə kəskin azalmadan sonra İİİ 2023-cü ildə rekord səviyyəyə çatacaq.

“Bununla belə, bu irəliləyiş dərin bərabərsizliklə müşahidə olunur. Zəngin ölkələrdə rekord səviyyədə yüksək insan inkişafı yaşanırsa, yoxsul ölkələrin yarısı böhrandan (koronovirus pandemiyasından) əvvəlki səviyyələrdən geri qalır”, - hesabatda göstərilib.

BMTİP-nin rəhbəri Axim Ştayner qeyd edib ki, zəngin və kasıb ölkələr arasında bərabərsizliyin azaldılması istiqamətində sabit tendensiya əks istiqamətə çevrilib. “Dünyadakı cəmiyyətlər bir-birinə ayrılmaz şəkildə bağlı olsalar da, biz bərabərsizliyi aradan qaldırmaq vəzifəsinin öhdəsindən gəlmirik. Biz qarşılıqlı asılılığımızın bizə verdiyi imkanlardan istifadə etməliyik”, - o deyib.

Hesabatda deyilir ki, beynəlxalq kollektiv fəaliyyətin uğuru hazırkı “demokratiya paradoksu” tərəfindən əngəllənir. Qeyd olunur ki, dünyada hər 10 nəfərdən 9-u demokratiyanı dəstəkləyir, lakin qlobal sorğularda iştirak edənlərin yarıdan çoxu məhz demokratiyanı sarsıda biləcək liderləri dəstəklədiyini bildirir.

Ekspertlər qlobal nəticələrə səbəb olan daha bir problem kimi siyasi qütbləşməni göstərirlər. Hesabat müəlliflərinin fikrincə, bu, iqtisadiyyatın karbonsuzlaşdırılması, rəqəmsal texnologiyalardan sui-istifadə etmək və münaqişələr kimi problemləri həll etmək üçün qlobal əməkdaşlığa əsaslı şəkildə zidd olan, yalnız daxili maraqlara istiqamətlənən siyasi yanaşmaları gücləndirir.

Hesabatda həmçinin populist hökumətləri olan ölkələrin ÜDM-inin artım templərinin aşağı olduğunu göstərən araşdırmalara da istinad edilir. Populist hökumətin hakimiyyətə gəlməsindən 15 il sonra adambaşına düşən ÜDM qeyri-populist ssenari ilə müqayisədə 10 % aşağı olur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            723 16.03.24 20:39