Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

“İcazə” blanklarına görə nə qədər pul ödənilməlidir? - SİYAHI

15.03.2024 12:28 1 482
“İcazə” blanklarına görə nə qədər pul ödənilməlidir? - SİYAHI
Nazirlər Kabineti “İcazə” blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında qərar qəbul edib.

Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

“İcazə” blanklarının (jurnallarının) verilməsinə görə ödənilən haqqın məbləği aşağıdakı kimidir:


Sıra №-si“İcazə” blanklarının adıXidmət haqqı (manatla)
1.İkitərəfli yükdaşımaları üçün “İcazə” blankı40
2.İkitərəfli və tranzit yükdaşımaları üçün “İcazə” blankı40
3.Tranzit yükdaşımaları üçün “İcazə” blankı40
4.Üçüncü ölkəyə/ölkədən yükdaşımaları üçün “İcazə” blankı40
5.İkitərəfli, tranzit və üçüncü ölkəyə/ölkədən yükdaşımaları üçün “İcazə” blankı40
6.Beynəlxalq qeyri-müntəzəm sərnişindaşımaları üçün “İcazə” blankı40
7.Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik “İcazə” blankı (jurnalları)500
8.Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli qısamüddətli (aylıq) “İcazə” blanklı (jurnalı)150

Son xəbərlər