Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO | 13:48 Qazaxda iki gənc bir-birini bıçaqlayıb - Təfərrüat (Yenilənib) |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Ukrayna üçün daşıma kvotalarını artırıb

18.09.2025 18:44 1 131
Azərbaycan Ukrayna üçün daşıma kvotalarını artırıb
Azərbaycanla Bosniya və Herseqovina Ukraynaya beynəlxalq yük daşımaları üçün əlavə icazələr təqdim edib.

Bunu Ukraynanın icmalar və ərazilərin inkişafı nazirinin müavini Sergey Derkaça feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ukraynaya üçüncü ölkələrə və üçüncü ölkələrdən yük daşımaları üçün 100 əlavə icazə verib ki, bu da baza kvotasının təxminən 20 % artımı deməkdir.

Bosniya və Herseqovina ikitərəfli, tranzit və beynəlxalq daşımalar üçün 300 əlavə blank təqdim edib - bu, əvvəlki limitə nisbətən 100 % artım deməkdir.

Nazir müavininin sözlərinə görə, yeni kvotalar Ukrayna şirkətlərinə daha çox reys həyata keçirməyə, dayanıqlı logistika marşrutları formalaşdırmağa və biznes istiqamətini genişləndirməyə imkan verəcək.

S.Derkaça qeyd edib ki, icazə blankları ötürülmə mərhələsindədir və yaxın vaxtlarda "Ukrtransbezopasnost" şirkəti vasitəsilə daşıyıcılar üçün əlçatan olacaq.

Son xəbərlər