Mojo.az Banner
16:21 Tapdığı bank kartı ilə onlayn alış-veriş edən şəxs saxlanıldı  |     16:02 Bakıda Gəncə prospektində sürüşmə olub - Mütəxəssislər hadisə yerindədir  |     15:59 İmişlidə kişi evi ilə birlikdə yandı  |     15:23 Xalaqızlarını öldürən Nuranənin sevgilisi imiş? - Masazırdakı cinayətin təfərrüatı  |     15:21 Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb  |     15:03 İrandan Azərbaycana indiyədək 3 439 nəfər təxliyə olunub  |     15:00 Bakıda 10 min manatlıq oğurluq edən şəxs TUTULDU  |     14:03 Tərtərdə FACİƏ: 7 yaşlı qız kanalda boğuldu  |     14:02 Azərbaycanda qadın tiktoker insan alverinə görə HƏBS OLUNDU  |     14:01 Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəzaya uğradı: Ölən və yaralılar var  |     14:00 Bir milyon manatlıq DƏLƏDUZLUQ İDDİASI: Bahalı avtomobil kolleksiyası olan iş adamı hakim qarşısında  |     14:00 Yanğın təhlükəsizliyinə əməl edilməyən avtomobil təmiri sexinin fəaliyyəti dayandırıldı - VİDEO  |     13:58 Azərbaycanlı hərbçilərin Türkiyədəki təlimindən GÖRÜNTÜLƏR (Video)  |     13:57 Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT  |     13:51 "Hyundai" 300 minə yaxın avtomobili geri çağırır  |     13:50 Vitamin çatışmazlığı Altsheymer xəstəliyinə səbəb ola bilər?  |     13:49 Yeni araşdırma: Orta əsrlərdə Yer güclü Günəş partlayışı ilə üzləşib  |     13:46 Rusiyada həkimlər divan yeyən uşağı xilas ediblər  |     13:45 "Google" "Gemini" çatbotunda yenilik tətbiq edib  |     13:43 Tramp: "Hörmüz boğazı tezliklə açılacaq"  |    
Left Banner
Right Banner

Nazirliyin balansındakı xidməti avtomobillərin bir hissəsi tabe quruma verilib

13.03.2024 16:36 864
Nazirliyin balansındakı xidməti avtomobillərin bir hissəsi tabe quruma verilib
Elm və Təhsil Nazirliyinin xidməti avtomobillərinin bir hissəsi nazirliyə tabe qurumun balansına verilib.

Bu barədə "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Elm və Təhsil Nazirliyinin ərazi və yerli bölmələr üzrə müəyyən edilmiş 13 xidməti minik avtomobili müvafiq olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) ərazi və yerli bölmələrinə transfer edilib. Beləliklə, əvvəl nazirliyin balansında 23 xidməti minik avtomobili var idisə, hazırda sadəcə aparat üçün nəzərdə tutulmuş 10 avtomobil qalır.

Bundan başqa MÜTDA-nın aparatı üçün 3, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin aparatı üçün 4 xidməti minik avtomobili verilib. Həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin balansındakı avtomobillərin sayı 2-dən 3-ə artırılıb.

Qeyd edək ki, "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanına əsasən nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.скачать dle 11.3
Mojo.az Banner