Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeron RİH-in yanında “makleri” döyən şəxslərə hökm oxundu

12.03.2024 12:16 1 305
Abşeron RİH-in yanında “makleri” döyən şəxslərə hökm oxundu
Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cavid Həsənov və Elsevər Məmmədlinin (soyadları şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə qazanclarının 20%-i dövlət nəfinə tutulmaqla Cavid Həsənov 1 il 11 ay 22 gün və Elsevər Məmmədli isə 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum ediliblər. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin.

İttihama görə, hadisə ötən il Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında qeydə alınıb.

Belə ki, Cavid Həsənov ev alqı-satqısı ilə məşğul olan, zərərçəkmiş Çingiz Səfərov vasitəsilə həyət evi alıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş həmin evi təmir edib təhvil verməyi öhdəsinə götürüb. Lakin təmir işləri vaxtında yekunlaşmadığı üçün Cavid qohumu Elsevər Məmmədli ilə birgə Çingiz Səfərovla görüşüb. Cavid təmir işlərini gecikdirdiyini bəhanə kimi gətirib zərərçəkmişlə mübahisə edib.

Cinayət materiallarında göstərilib ki, daha sonra təqsirləndirilən şəxslər qəsdən zərərçəkmiş Çingiz Səfərovun sifət və boyun nahiyələrinə ardıcıl yumruq zərbələri vurub yerə yıxaraq, ona xəsarətlər yetiriblər.

Hadisədən sonra onlar cinayət məsuliyyətinə cəlb ediliblər.скачать dle 11.3
Mojo.az Banner