Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |    
Mojo.az Avto
Mojo.az Avto

İcarəyə götürdükləri avtomobillə soyğunçuluq və bank kartlarından oğurluq edən şəxslər tutulub - VİDEO

09.03.2024 15:08 1 332
İcarəyə götürdükləri avtomobillə soyğunçuluq və bank kartlarından oğurluq edən şəxslər tutulub - VİDEO
Paytaxtda vətəndaşlardan birinin avtomobilindən bank kartları naməlum şəraitdə oğurlanıb. Daha sonra isə oğurluq edən şəxs həmin kartlardan 1 110 manat çıxararaq nağdlaşdırıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Taleh Nəzərov saxlanılıb. Onun üzərindən əlavə olaraq narkotik vasitə heroin də aşkarlanıb. T.Nəzərov ifadəsində oğurladığı pulu şəxsi istifadəsi üçün aldığı narkotik vasitələrə xərclədiyini bildirib.

Binəqədi rayonunda isə 800 manat dəyərində lotereya biletini açıq talama yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş Emin Səmədli, qardaşı Elvin və tanışları Anar Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılıblar. Bu şəxslər “izi” itirmək məqsədilə qeyd edilən cinayəti törədən zaman hadisə yerinə icarəyə götürdükləri avtomobillə gediblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər