Mojo.az Banner
23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |     22:22 Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb  |     22:18 Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video  |     22:16 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - Agentlikdən açıqlama (Yenilənib)  |     22:13 Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır - Video  |     21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |    
Mojo.az Avto
Mojo.az Avto

2024-cü il Avropa çempionatı ilə bağlı futbolçulara müraciət olundu

08.03.2024 11:38 1 236
2024-cü il Avropa çempionatı ilə bağlı futbolçulara müraciət olundu
Avropanın qeyri-hökumət təşkilatları milli futbol komandalarına 2024-cü il Avropa çempionatı ilə bağlı müraciət ediblər. Onlar futbolçulardan həmin dövrdə ekoloji təmiz nəqliyyat növlərindən istifadə etməyi xahiş ediblər.

Bu barədə müvafiq məktubları imzalayanlardan biri - Avropa Nəqliyyat və Ətraf Mühit Federasiyası (T&E) xəbər verir.

Onlar bildiriblər ki, futbol komandaları insanların düşüncə tərzini və səyahət davranışlarını dəyişməyə kömək etmək üçün həm meydanda, həm də meydandan kənarda nəqliyyat seçiminə diqqət edə, bununla da iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynaya bilərlər. Belə ki, futbolçular yüksək emissiyalı hava səyahətlərindən çəkinməyə və xüsusilə dəmir yolu nəqliyyatına üstünlük verməyə təşviq edilir.

T&E hesab edir ki, əgər Fransa komandası Paderborndakı baza düşərgəsinə təyyarə ilə uçmaq əvəzinə Parisdən Dortmuna birbaşa qatar seçsə, CO2 emissiyalarını 98% azaldacaq.

T&E xatırladır ki, UEFA EURO 2024-ün təşkilat komitəsi daha əvvəl “Deutsche Bahn” şirkəti ilə azarkeşləri dəmiryolu ilə Almaniyanı səfərə təşviq edən müqavilə imzalayıb.

Qeyd edək ki, 2024-cü il Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Mənbə: İnterfaks.ruскачать dle 11.3
Mojo.az Banner