Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağdam, Füzuli və Xocavənddə Prezidentin xüsusi nümayəndəsi olan şəxs kimdir? - DOSYE

07.03.2024 14:24 1 341
Ağdam, Füzuli və Xocavənddə Prezidentin xüsusi nümayəndəsi olan şəxs kimdir? - DOSYE
Prezident İlham Əliyev Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov bu vəzifəyə təyin edilib.

Median.Az Emin Hüseynovun dosyesini təqdim edir:

Emin Zamin oğlu Hüseynov 1974-cü ilin 12 noyabr tarixində Sumqayıtda anadan olub. Orta təhsilini Sumqayıtda alıb.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə ABŞ-ın Florida Universitetində magistr, 2009-cu ildə isə Harvard Universitetində təhsil alıb.

2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Emin Hüseynova iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən başlamış Emin Hüseynov 1998-2001-ci illərdə Dünya Bankının Azərbaycan ofisində, 2001-2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Azərbaycan ofisində iqtisadçı işləyib.

2005-ci ildən isə Azərbaycan Mərkəzi Bankında Tədqiqatlar və İnkişaf Mərkəzinin Baş Direktoru vəzifəsində çalışıb. Emin Hüseynov bundan əlavə ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru vəzifəsində çalışıb.

O, 2006-cı ildən Azərbaycan Bank Tədris Mərkəzində iqtisadi və maliyyə sistemləri, 2009-cu ildən isə liderlik mövzuları üzrə təlim kursları keçirib.

Prezident İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə E.Hüseynov Azərbaycan Respublikası maliyyə nazirinin müavini təyin olunub.

O, 29 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub.

2021-ci ilin 24 may tarixində Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Emin Hüseynov 1 dekabr 2021-ci ildə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

22 iyun 2019-cu ildə inzibati vəzifələrin birinci təsnifatı üzrə 3-cü dərəcə, 18 iyun 2020-ci ildə isə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcələri alıb.

Ailəlidir, üç övladı var.скачать dle 11.3
Mojo.az Banner