Mojo.az Banner
14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Mişustinə “arzuları yerinə yetirən” xalçalar nümayiş etdirildi - VİDEO

06.03.2024 11:27 909
Mişustinə “arzuları yerinə yetirən” xalçalar nümayiş etdirildi - VİDEO
Azərbaycanda səfərdə olan Rusiya Hökumətinin sədri Mixail Mişustin Milli Xalça Muzeyində olub.

Muzeyin nümayəndələri Azərbaycan hökumət başçısı Əli Əsədova və onun rusiyalı həmkarına xalçaçılığın təkamülü, onun sadədən mürəkkəbə doğru keçdiyi yoldan, xovsuz xalçaların müxtəlif növlərinin nümunəsindən danışıblar, həmçinin xalçaçılığın inkişafının ən yüksək mərhələsini təmsil edən xovlu xalçalar nümayiş etdirilib.

Ekskursiya zamanı qonaqlar və muzeyin nümayəndələri arasında maraqlı dialoq da baş tutub. Belə ki, Rusiya hökumət başçısına “arzuları yerinə yetirən” xalçalar nümayiş etdirilib.

“Bu xalçalardan şal kimi də istifadə olunub. Qızlar otururdular, bir arzu tuturdular, sonra onu yeddi gecə açıq havada saxlayırdılar. Onlar arzularının mütləq gerçəkləşəcəyinə inanırdılar”, - deyə muzeyin nümayəndəsi bildirib.

Əli Əsədov isə qızların hər zaman eyni istəklərinin olduğunu bildirib.

“Hansı? Ərə getmək?” - deyə soruşan rusiyalı nazirə azərbaycanlı həmkarı “əlbəttə” cavabı verib.

Qeyd edək ki, muzeydə Azərbaycan xalça sənətinin nadir nümunələri saxlanılır. Muzeyin fonduna 10 mindən çox eksponat, o cümlədən tunc dövrü, antik dövr və erkən orta əsrlərə aid eksponatlar daxildir. Muzeyin kolleksiyalarında ölkənin müxtəlif bölgələrindən milli geyimlər də var.

Ekskursiyanın sonunda Mixail Mişustin muzeyin fəxri qonaqlar kitabına qeyd yazıb.


скачать dle 11.3



Mojo.az Banner