Mojo.az Banner
22:33 Azərbaycanda pul bazası 2 milyard manatdan çox artıb  |     22:28 Marketoloqdan açıqlama: "100 qramlıq qiymət sistemi qanuna uyğundur, aldanmamaq lazımdır"  |     22:21 Rusiya 9 May bayramı ilə əlaqədar atəşkəs elan etdi  |     22:11 Yetkinlik yaşına çatmayan övladını evləndirmək istəyən ata həbs olundu  |     22:06 "Bitcoin" yanvardan bəri maksimumu yenilədi: Daha da bahalaşacaqmı?  |     21:59 Melikov Dağıstan rəhbəri vəzifəsindən azad edildi  |     21:53 Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı  |     21:48 Məscidin yanında 2 yaşlı uşaq tapıldı - Adını bilmir (FOTO)  |     21:40 28 ədəd kərə yağına görə 23 gün həbsdə yatacaq  |     21:35 Bakıda pulu olmayan şəxs restoranda yeyib-içdi, səs-küy salıb qaçdı  |     21:28 Süni intellekt xəstələrə həkimlərdən daha dəqiq diaqnoz qoydu (TƏDQİQAT)  |     21:23 Saxta sənəd hazılamaqda və dərman satmaqda ittiham olunan həkimə hökm oxundu  |     21:16 Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək  |     21:08 Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq  |     21:03 Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi  |     20:38 İran bu ölkəyə hücum etdi  |     20:30 Bu şəxslər təhlükəsizlik kəmərindən istifadə etməyə BİLƏR  |     20:15 Torpağı olub, istifadə etməyənlərin NƏZƏRİNƏ  |     20:08 8 mayla bağlı qərar verildi  |     20:00 Xalq artisti oğlunun son vəsiyyətini AÇIQLADI  |    
Left Banner
Right Banner

Azərbaycan lideri: Bir il ərzində hüquqlarımız AŞPA-da bərpa olunmazsa, AŞ-dan tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik

28.02.2024 16:06 1 317
Azərbaycan lideri: Bir il ərzində hüquqlarımız AŞPA-da bərpa olunmazsa, AŞ-dan tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik
Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları AŞPA-da bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.

Median.Az 
xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir:

"Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya kansleri qərəzsizlik nümayiş etdirir və onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkarcasına və məqsədyönlü şəkildə edir. Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki, əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq".

Prezident İlham Əliyev bildirib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.скачать dle 11.3
Mojo.az Banner