Mojo.az Banner
17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |     17:37 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     17:30 Pensiyaların ödəniləcəyi tarix açıqlandı  |     17:27 Bakı-Qazax yolunda maşın aşdı - Ölən və yaralananlar var  |     17:09 Bakıda 10 minə maral başı satılır  |     17:06 Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı  |     17:05 Tokayevlə Ələkbərovun görüşündə nələr müzakirə olundu?  |     16:29 Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri (Video)  |     15:51 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi  |     15:35 Bu şəxslərin pensiyası daha çox artacaq  |     15:34 Altı rayon niyə hələ də susuz qalıb?  |     15:21 Şəkilin icazəsiz paylaşımına görə məhkəməyə müraciət etmək olar – Hüquqşünas  |     15:19 Korrupsiyanı ifşa edənlərə pul veriləcək: Bəs onları kim qoruyacaq?  |     15:16 "Nənələr" qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu  |     13:55 Mehriban Rəhimliyə hökm oxundu  |     13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqlara tam töhfə verməyə hazırdır

27.02.2024 21:11 2 442
Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqlara tam töhfə verməyə hazırdır
Türkiyə əlverişli şərait yarandığı təqdirdə Rusiya və Ukrayna arasında danışıqların təşkilində hərtərəfli yardım göstərməyə hazırdır.

Median.Az xəbər verir ki, bu barədə Vaşinqtonda keçirikən Atlantik Şurada çıxış edən Türkiyənin Xarici İşlər Nazirliyinin səfiri və Ukrayna üzrə koordinatoru Əhməd Güldərə bildirib.

“Daha əvvəl Antalya və İstanbulda tərəflər arasında təmaslar təşkil etmişdik. Danışıqlar və diplomatiya üçün əlverişli şərait yarandıqda yardım göstərmək və aydın, ədalətli həll yolu tapmaq üçün bütün imkanlarımızdan istifadə etməyə hazırıq”, - o “Krımın onillik müvəqqəti işğalı: Ukraynanın dəstəklənməsində Türkiyənin rolu” mövzusunda müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə tərəflərin mövcud məsələləri müzakirə edə biləcəyi nəticəyönümlü danışıqlar mühitinin yaradılmasını təmin edə bilər.

Səfir xatırladıb ki, Türkiyənin diplomatik töhfəsi danışıqlar üçün platformaların hazırlanması ilə məhdudlaşmayıb. “BMT ilə birlikdə Qara Dəniz Taxıl Təşəbbüsünü həyata keçirdik. Bunun sayəsində Ukrayna 33 milyon tondan çox taxıl ixrac edə bildi. Əsirlərin mübadiləsi ilə bağlı razılaşmalar olub”, - o əlavə edib.

Diplomat bildirib ki, Ankara Kiyevə humanitar sahədə, hərbi əməliyyatlardan sonra infrastrukturun və mənzillərin bərpasında kömək etməyə hazırdır.скачать dle 11.3
Mojo.az Banner