Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı şagird BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv seçilib

27.02.2024 13:35 2 307
Azərbaycanlı şagird BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv seçilib
Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin 11-ci sinif şagirdi Dəniz Məmmədzadə BMT-nin Gənclərdən ibarət Məşvərət Şurasına üzv (UNYAC) seçilib.

Bu barədə Şəki şəhər Kimya-biologiya təmayüllü liseydən məlumat verilib.

Bildirilib ki, o, BMT-nin Azərbaycandakı proqramlarına gənclərin səslərinin daxil edilməsi və təşkilatın yerli qurumunun ölkə gəncləri ilə əməkdaşlığını, dialoq və tərəfdaşlığı genişləndirməsi istiqamətində məsləhətlər verəcək.

UNYAC üzvləri BMT Azərbaycan və BMT tərəfindən gənclərlə bağlı regional və qlobal səviyyədə təşkil edilən görüş və tədbirlərdə iştirak edərək 2021-25-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin planlaşdırılması və təhlili ilə bağlı müzakirələrin bir parçası olacaq, BMT-nin Ölkə üzrə İdarə Heyəti ilə razılaşdırılmış məsələlər üzrə müxtəlif gənclər qrupları ilə məsləhətləşmələr aparacaqlar.

Son xəbərlər