Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Xocalıda soyqırımı abidəsi qoyulacaq

24.02.2024 17:45 2 844
Xocalıda soyqırımı abidəsi qoyulacaq
Bir neçə gün sonra erməni vəhşiliyinin ən bariz nümunəsi olan Xocalı soyqırımının növbəti ildönümünü anacağıq. 30 ildən sonra faciə qurbanlarını elə Xocalının özündə yad edə biləcəyik.

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov soyqırımının anım mərasiminin elə yerində anılmasının əhəmiyyətini Modern.az-a belə izah edib:

“Ermənilər tərəfindən Xocalıda törədilən soyqırımının 32-ci ildönümü Xocalıda yad ediləcək. Bu il də respublikamızın hər bir guşəsində, təşkilatlarda, müəssisələrdə, xarici ölkələrdəki diplomatik korpuslarda, müxtəlif cəmiyyətlərdə Xocalı soyqırımı anılacaq.

Bu il ilk dəfə olaraq Xocalıdan olan müəyyən qrup soyqırımını qurbanlarını doğma torpaqlarda yad edəcək. Bu da Azərbaycanın gücündən, onun suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunmasından xəbər verir. Anım gününü Xocalıda keçirmək şəhidlərimizin ruhunun şad olması, xocalılıların həsrətinə son qoyulmasıdır. Bununla bağlı cənab Prezidentimizin rəhbərliyi ilə hələ çox işlər görüləcək. Xocalıda, ermənilərin qırğınlar törətdikləri ərazilərdə kütləvi məzarlıqlar aşkar olunur. Belə məzarlıqlar hələ çox yerlərdə aşkar olunacaq. Bunlar erməni qəddarlığından, düşmənçiliyindən xəbər verir”.

E.Məmmədov Qarabağda Soyqırımı muzeyinin açılmasından da danışıb:

“Mən və xocalılar tərəfindən müəyyən təkliflər səsləndirilib. Yəqin ki, cənab Prezidentin rəhbərliyi ilə məsələlərə xüsusi diqqət yetiriləcək. Xocalıda soyqırımı abidəsi qoyulacaq, muzeyin yaradılması da məqsədəuyğundur. Kütləvi qırğın olan ərazilərə xatirə lövhələrinin vurulması vacibdir. Yəni çox işlər görüləcək. Tək Xocalıda yox, digər işğaldan azad edilmiş ərazilərimizdə də bu məsələlərə xüsusi diqqət yetiriləcək”.

Son xəbərlər