Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvan Baş Gömrük İdarəsi postlarda yaranan sıxlığa aydınlıq gətirib

22.02.2024 20:08 1 227
Naxçıvan Baş Gömrük İdarəsi postlarda yaranan sıxlığa aydınlıq gətirib
Son günlər Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa”, “Sədərək” və “Şahtaxtı” dövlət sərhəd-buraxılış məntəqələrində TIR-ların keçidində yenidən sıxlıq yaranıb.

“Report” xəbər verir ki, Culfa Gömrük Postunun əməkdaşı Tural Musayev jurnalistlərə açıqlamasında bildirib ki, son günlər Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçən nəqliyyat vasitələrinin sayının artması səbəbindən “Culfa”, “Şahtaxtı” və “Sədərək” dövlət sərhəd-buraxılış məntəqələrində növbələrin yaradılması müşahidə olunur:

“Muxtar respublika ərazisindən tranzit keçən nəqliyyat vasitələrinin sayının kəskin artması Türkiyə Respublikası ilə İran İslam Respublikası arasındakı Gurbulaq-Bəzirgan sərhəd keçid məntəqəsində kilometrlərlə uzanan növbələrin yaranması ilə bağlıdır. Bu səbəbdən daşıyıcı şirkətlər daşımalarını Naxçıvan üzərindən həyata keçirməyə üstünlük verirlər. Sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası ərazisindən nəqliyyat vasitələrinin intensiv və sürətli keçidinin təmin olunması üçün gömrük orqanları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Yaranmış vəziyyətlə bağlı daşıyıcı şirkətlərdən və sürücülərdən anlayışlı olmağı və təmkinli davranmağı xahiş edirik”.

Qeyd edək ki, hazırda gömrük orqanları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

Son xəbərlər