Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Azəriqaz" əməkdaşının barmağını sındıran abonentə cinayət işi açıldı

20.02.2024 17:56 1 173
Paytaxtın Nəsimi rayonu ərazisində "Azəriqaz”ın əməkdaşına qarşı zor tətbiq olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən olunub ki, fevralın 12-də "Azəriqaz”ın əməkdaşları Aqşin Muradlı və Ayxan Abazərlinin Nəsimi rayonu, İ.Qasımov küçəsi ünvanında yerləşən mənzillərdə birində qaz sayğacından gələn borulara baxış keçirərkən həmin mənzildə yaşayan Fuad Məmmədov onlara zor tətbiq edib.

Fuad Məmmədov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam edir.скачать dle 11.3
Mojo.az Banner