Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda keçiriləcək COP29 çərçivəsində kommunikasiya xəritələri müəyyən ediləcək

20.02.2024 15:07 2 394
Bakıda keçiriləcək COP29 çərçivəsində kommunikasiya xəritələri müəyyən ediləcək
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəfləri Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəfləri Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar olaraq dəyirmi masa keçirilib.

“APA-Economics” xəbər verir ki, tədbirdə AAYDA, Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi, “Azərenerji” ASC, Fövqəladə Hallar Nazirliyinin Rabitə İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, “Azəriqaz” İB, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC, “Azərsu” ASC, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, eləcə də “Bakı Telefon Rabitə”, “Azeurotel”, “Aztelekom”, “Delta” Telekom, “ULTEL” Məhdud Məsuliyyətli cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.

AAYDA İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev qonaqları salamlayaraq bildirib ki, beynəlxalq birliyin belə qlobal tədbirə ev sahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörmətin, möhkəm dəstəyin sübutudur.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməsi respublikamızın dünyada artan nüfuzunun, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizə olan marağının ifadəsidir. Bununla yanaşı, dünyanın bir çox yerlərində qlobal miqyasda böyük maraq doğuran COP29-un Bakıda keçirilməsi yeni iqtisadi layihələrə meydan açacaq və daha geniş miqyasda iqtisadi layihələrin gerçəkləşdirilməsi potensialının gücləndirilməsinə şərait yaradacaq.

Toplantıda sözügedən tədbirlərin Bakı şəhərində keçirilməsi ilə əlaqədar bir sıra küçə və prospektlərdə əsaslı təmir-bərpa işlərinin görülməsi ilə əlaqədar iclasda iştirak edən qurumlara məxsus yeraltı və yerüstü mühəndis kommunikasiya xətlərinin yerlərinin təyin edilməsi, təmiri və yerlərinin dəyişdirilməsi istiqamətində koordinasiyalı birgə işlərin aparılması, bu çərçivədə kommunikasiyaların xəritəsinin müəyyən edilməsi və AAYDA-ya təqdim edilməsi, qrafiklərin təyin olunması (zaman və küçələr ilə bağlı tədbirlər planı), ümumi tədbirlər planının hazırlanması məsələləri müzakirə olunub.скачать dle 11.3
Mojo.az Banner