Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video | 13:02 Azərbaycanda rektor məsləhətçisi vəfat etdi | 12:45 Azərbaycan nefti bahalaşıb | 12:45 Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi | 12:43 Bakıda işçinin əri sex müdirini döydü: Yumruqla dişlərini sındırdı | 12:33 Rusiyalı turistlərin Yeni il tətili üçün Azərbaycana marağı ikiqat artıb | 12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib |
Mojo.az Avto
Mojo.az Avto

"Biz tramvay çəkilməsindən danışırıq, Çində, Yaponiyada uçan taksilərdən istifadə edirlər"

16.02.2024 12:49 1 569
"Şəhər daxilində artıq 3 yol müəyyənləşib, bunlar avtobus, velosiped və avtomobil yoludur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ikinci oxunuşda müzakirəyə çıxarılan "Avtomobil yolları haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı bildirib.

Siyavuş Novruzov deyib ki, bu darısqallıqda bu yolların idarə edilməsi problemlər yaradır: "Əgər avtobus yoludursa, mütəmadi boş saxlanılır, digər maşınlar ora daxil olanda cərimələnir. Bu məsələlərə diqqət yetirməliyik. Bunu elə tənzimləmək lazımdır ki, digər maşınlar avtobus olmayanda yola daxil olursa, cərimə edilməsin. Gələcəkdə tramvayların çəkilməsi barədə danışırıq. Mən hesab edirəm ki, bir az irəli baxmaq lazımdır, Çində, Yaponiyada uçan taksilərdən istifadə edirlər. Hesab edirəm ki, daha çox yeraltı nəqliyyatdan istifadə etməliyik. Başqa məsələ ödənişli yollardan sui-istifadə edənlərlə bağlıdır. Biri avtomobili 200-lə sürüb sosial şəbəkədə paylaşır. Ödənişli yollarda özbaşınalıq edənlərə heç olmasa 15 gün küçə süpürtmək lazımdır. Bu məsələdə ictimai qınaq lazımdır”.

///APA

Son xəbərlər