Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Dəhşətli qətl törədən Əhməd bir gün əvvəl polis tərəfindən saxlanılıbmış - DETALLAR

15.02.2024 16:47 4 785
Dəhşətli qətl törədən Əhməd bir gün əvvəl polis tərəfindən saxlanılıbmış - DETALLAR
Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirən 25 yaşlı Əhməd Əhmədovla bağlı bəzi məqamlar üzə çıxıb.

Musavat.com-un hüquq-mühafizə orqanlarından aldığı məlumata görə, Əhməd Əhmədov həqiqətən də ağır psixi xəstədir və onun xüsusi müalicəyə ehtiyacı olub:

“Lakin onun anası, 59 saylı orta məktəbin direktoru Pikə Əhmədova övladının xüsusi tipli xəstəxanada müalicə olunmasına illərlə imkan verməyib. Bunu da onunla əsaslandırıb ki, oğlu xalq arasında “dəlixana” deyilən xəstəxanaya yatırılsa, onun karyerasına zərər gələr. Hər kəs deyəcək ki, necə olur, məktəb direktoru öz övladını tərbiyə edə bilmir və onu dəlixanaya salırlar...”

Hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, bu proses illərlə davam edib və ağır psixi xəstə olan Əhməd Əhmədovu valideynləri gizli müalicə etdiriblər. Bu müalicədə lazım olan dərmanlar gizli yollarla, yüksək qiymətə əldə edilib. Əhməd isə bəzən heç dərmanlarını içməyib.

Əldə olunan məlumata görə, qətldən bir gün əvvəl Əhməd Əhmədov Xətai rayonundakı polis bölmələrindən biri tərəfindən xırda xuliqanlıq hərəkətinə görə saxlanılıb: “Atası Mehman Əhmədov 35 saylı bölməyə gedib və oğlunun epilepsiyası olduğunu deyib. Bildirib ki, sutkalıq həbs versələr, Əhməd polisdə qalsa, epilepsiyası tutacaq və ölə bilər. Bununla da oğlunun azad edilməsinə nail olub. Əgər o bilsəydi ki, Əhməd polisdən çıxıb, 24 saat sonra bütün ailəsini öldürəcək, yəqin ki, belə faciəvi səhvə yol verməzdi’’.

Bu məqamda artıq hər kəsə məlum olan bir detalı xatırladaq ki, Əhməd Əhmədov 17 yaşında olarkən bir yeniyetməni xüsusi amansızlıqla bıçaqlayıb, onun şikəst qalmasına səbəb olub. Həmin zaman da ailəsi onu qoruyaraq qarşı tərəflə barış əldə edib və Əhmədi cəzadan qoruyub.

Mötəbər mənbə iddia edib ki, valideynləri Əhməd Əhmədovdan qorxublar. Çünki onun tez-tez tutmaları olub və bu zaman özündən çıxıb, aqressiv davranıb, idarəolunmayan hərəkətlərə yol verib. Ona görə də valideynləri Əhmədə ayrı bir yerdə ev alıb, təmir etdiriblər, Əhmədi də oraya köçürüblər. Üstəlik, ona maşın da alıblar, gündəlik də 30 manat pul veriblər.

Əhmədovlar əslən Qazaxın Daş Salahlı kəndindəndirlər.

O da məlum olub ki, Əhməd Əhmədov ona “dəli” deyilməsindən çox qəzəblənib.

Daha bir məlumat - Əhmədin qətl törətməsinin bir fraqmentini çəkib yayan isə qonşu qadın olub. O, videonu çəkməzdən öncə “102” xidmətinə məlumat verib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, Əhməd 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızını boğazlarını bıçaqla kəsərək öldürüb. Atasını, anasını və 9 yaşlı qardaşı Məhəmməd Əhmədovu balta ilə, başlarını əzərək öldürüb.

Azərbaycan tarixində analoqu olmayan bu qətliam cəmiyyətdə şok effekti yaradıb və dərin izlər buraxıb. Ona görə də hazırda bütün media quruluşlarının, sosial medianın diqqəti bu hadisə üzərindədir.

Hadisə ilə bağlı araşdırmalar davam edir.скачать dle 11.3
Mojo.az Banner