Mojo.az Banner
22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

Hansı şəxslərin pensiya yaşı azaldılacaq?

13.02.2024 14:45 1 455
Hansı şəxslərin pensiya yaşı azaldılacaq?
“Yeni dəyişikliklər və güzəştli şərtlər ilə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirilib”.

Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na dəyişiklik edib.

“Belə ki, neft mədənlərində, onun saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar, qazpaylayıcı stansiyanın operatorları daha tez pensiyaya çıxa biləcəklər.

Daha erkən pensiyaya çıxmaq hüququna malik olan vətəndaşlarımızın sayının artırılması müsbət haldır. Çünki iş rejimindən asılı olaraq onların sosial müdafiəsinin daha da gücləndirilməsi vacibdir. Bu baxımdan, Nazirlər Kabineti tərəfindən həmin siyahının mütəmadi yenilənməsi də vacibdir.

Digər tərəfdən, uşaqların sayına görə qadınların pensiya yaşının mütənasib azaldılması da məqsədəuyğundur. Belə hüququn 5 uşağı deyil, 3 və daha artıq övladları olan qadınlara şamil olunması daha məqsədəuyğun olardı. Bu həmin vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə xidmət edərdi”, - deyə deputat qeyd edib.скачать dle 11.3
Mojo.az Banner