Nazirlər Kabinetindən əmək pensiyası hüququ verən peşə və vəzifələrin siyahısı ilə bağlı dəyişiklik
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla qızıl otağının nəzarətçiləri və emal, qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər, operatorlar qızıl otağının operatorları və emal, qırma, daşıma, eləcə də metallurqlar həmin siyahıya əlavə ediliblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının altı ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin edib, Nazirlər Kabinetinə məlumat verməlidir.