Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Əli Əsədovdan milli valyuta ilə bağlı QƏRAR

13.02.2024 13:13 1 881
Əli Əsədovdan milli valyuta ilə bağlı QƏRAR
Nazirlər Kabineti “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”ı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, qaydalar “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna uyğun hazırlanıb və valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydaları və bununla bağlı indikatorları müəyyən edir, fiziki və hüquqi şəxslərin valyuta sərvətlərini və milli valyutanı ölkənin gömrük ərazisinə gətirmələri, bu ərazidən aparmaları və tranzit keçirmələri zamanı tətbiq olunur.

Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında gömrük orqanları onların mənbəyi və istifadə məqsədi barədə məlumat və sənədləri, o cümlədən bu qaydalara əlavə edilmiş “Valyuta sərvətləri və milli valyutanın mənbəyi və istifadə məqsədi barədə məlumatların təqdim edilməsi forması”nın doldurulmasını tələb edir.

Gömrük orqanları valyuta sərvətləri və milli valyutanın bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında onların mənbəyini və istifadə məqsədini müəyyənləşdirir.

Gömrük orqanları aşağıdakı hallarda valyuta sərvətləri və milli valyutanın hərəkətinin 48 saat müddətində dayandırılmasına dair Gömrük Məcəlləsinin 99-cu maddəsinə uyğun olaraq protokol tərtib edir və bu barədə gömrük orqanının rəhbəri tərəfindən əsaslandırılmış qərar qəbul edilir:

- fakt üzrə inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarında;

- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və digər cinayətlərin əlamətləri aşkar edildikdə.

Son xəbərlər