Mojo.az Banner
20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |     18:43 Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru  |     18:37 Qanunsuz saxlanılan 16 tüfəng aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yevlaxda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

12.02.2024 20:49 1 185
Yevlaxda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes-Benz” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi və vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar - 1953-cü il təvəllüdlü Rahilə Qoç qızı Məmmədova, 1978-ci il təvəllüdlü Çingiz Aslan oğlu Qənbərov, 1987-ci il təvəllüdlü Nərmin Abbas qızı Səfərova, 1988-ci il təvəllüdlü Qurban Elşad oğlu Rəhimov, 2013-cü il təvəllüdlü Nurgül Qurban qızı Rəhimzadə, 2015-ci il təvəllüdlü Əli Qurban oğlu Rəhimlini xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriliblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Yevlaxda ikisi azyaşlı olmaqla, 7 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Median.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.

İki "Mercedes Benz" minik avtomobili toqquşub. Nəticədə, hər iki avtomobildə olan sərnişinlər və sürücülər xəsarət alıblar.

Xəsarət alan şəxslər - 1978-ci il təvəllüdlü Qənbərov Çingiz, 1953-cü il təvəllüdlü Məmmədova Rahilə, 1987-ci il təvəllüdlü Səfərova Nərmin, 1988-ci il təvəllüdlü Qurban Rəhimov, 2015-ci il təvəllüdlü Ə.Rəhimli, 2013-cü il təvəllüdlü N.Rəhimzadə və hələlik şəxsiyyəti məlum olmayan bir nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 11.3
Mojo.az Banner