Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab |
Mojo.az Avto
Mojo.az Avto

Zığ şosesində “Prius”da sıxılı vəziyyətdə qalan sərnişin xilas edilib - VİDEO

12.12.2023 16:39 1 905
Zığ şosesində “Prius”da sıxılı vəziyyətdə qalan sərnişin xilas edilib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu Zığ şosesində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota Prius” markalı minik avtomobilinin “Mercedes” markalı evakuatorla toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sərnişini deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 2001-ci il təvəllüdlü R.Əlizadəni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Son xəbərlər