Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Ötən il 25 erkən nikah halının qarşısı alınıb - RƏSMİ

09.02.2024 15:24 1 074
Ötən il 25 erkən nikah halının qarşısı alınıb - RƏSMİ
Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi istiqamətində 2666 nəfərin iştirakı ilə 15 təlim və seminar keçirilib. 8336 nəfər rayonlarda yaradılan Qadın Resurs mərkəzlərinin xidmətlərindən bəhrələnib. Uşaq hüquqlarının qorunması, uşaq iştirakçılığının artırılması, cəmiyyətdə baş verən mənfi hallardan onların müdafiəsi, erkən nikah və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması və digər istiqamətlər üzrə keçən il ərzində 13 min 434 nəfərin iştirakı ilə 162 təlim, seminar və konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova komitənin 2023-cü il fəaliyyətinin yekunlarına həsr olunmuş brifinqdə deyib.

B.Muradova qeyd edib ki, komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyətindən 32 min 399 nəfərin yararlanıb. Eyni zamanda, 33 min 43 nəfərdən 3096 müraciət daxil olub və onlardan 1224-ü təmin edilib, digərləri isə aidiyyəti üzrə yönləndirilib. Həmçinin 2023-cü il ərzində erkən nikah hadisəsi ilə bağlı 29 fakt üzrə monitorinq-ailə səfərlərinin təşkil edilib, 25 erkən nikah halının qarşısının alınıb.

B.Muradova, həmçinin, vurğulayıb ki, qurumun mövcud “Qadın Dəstək Xətti”nə 4079, “Uşaq Qaynar Xətti”nə 4453, Gender əsaslı zorakılıqla bağlı Dəstək xəttinə 302 müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti hüquqi yardımla bağlı olub və hər biri təmin edilib.

Son xəbərlər