Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvanda 16 yaşlı qızı ərə vermək istədilər

15.03.2024 11:50 840
Naxçıvanda 16 yaşlı qızı ərə vermək istədilər
Naxçıvan Muxtar Respublikasında erkən nikahın qarşısı alınıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Şərur rayonunda erkən nikaha cəhd edilib.

Belə ki, Şərur rayon Ələkli kənd sakini 12 iyun 2007-ci il təvəllüdlü L.Ə. 1999-cu il təvəllüdlü Şərur rayon Vərməziyar kənd sakini H.M. ilə nişanlanaraq 2024-cü il 8 mart tarixində toy mərasimi keçirəcəkləri ilə bağlı məlumat əldə edilib.

Həmin məlumat əsasında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi əməkdaşlarının və Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb, toy mərasimi keçirilən ünvana baxış keçirilib və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halın qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.

Bütün baş verənlərdən, qanunamüvafiq söhbətdən nəticə çıxarmayan azyaşlının valideynləri və qarşı tərəfin yaxın qohumları israrla 2024-cü il 8 mart tarixində toy mərasimini keçirməyə cəhd ediblər. Aidiyyəti təşkilatların nümayəndələrinin səyi nəticəsində hər iki tərəfin valideynlərinin və yaxın qohumlarının aqressiyasına məhəl qoyulmaraq erkən nikahın qarşısı alınıb.

Bildirilib ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən nikah hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq.

“Vətəndaşlardan bu cür hadisələrə qarşı diqqətli olmağı, belə hallarla rastlaşdıqda dərhal Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat vermələri xahiş olunur”, - məlumatda qeyd olunub.

Son xəbərlər