Tovuzda kişi quş vurmaq istəyərkən özünü güllələyib
Tovuz sakini özünü güllələyib.
APA xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.
1959-cu il təvəllüdlü Arif Rəhmanov yaşadığı evin arxa tərəfində quş vurmaq istəyərkən ehtiyatsızlıqdan ov tüfəngindən açılmış atəş nəticəsində özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.