Bakıda kişini avtomobil vurub
“Report” xəbər verir ki, 1982-ci il təvəllüdlü İntiqam Məmmədhadi oğlu Cəyiyev yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
