Qarabağ Universitetinin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları müəyyənləşib » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:46 Avtomobili qəsdən aşıraraq sərnişinin ölümünə səbəb olmaqda ittiham edilən şəxsə hökm oxunub  |     20:40 Sabah pensiyalar tam ödəniləcək  |     20:35 Azərbaycan güləşçisi dopinqə görə 36 aylıq cəzalanıb  |     20:26 Sabah 36 dərəcə isti olacaq  |     20:21 Azərbaycanda 10 sığorta agentinin lisenziyası ləğv edilib  |     20:14 Bakı və Sumqayıtda qumbara, həmçinin avtomatlar aşkarlanıb  |     20:09 Üçqat dünya çempionu və olimpiya mükafatçısı 2026-cı ildə karyerasını bitirəcək  |     20:02 Qobustan Regional Xəstəxanasında 160 vərəm xəstəsi qeydiyyatdadır  |     19:57 Azərbaycan Ordusunun rüşvətdə ittiham olunan xidmət rəisinin məhkəməsi başlayıb  |     19:50 Bu il Qobustan Rayon Mərkəzi Xəstəxanasında yeni mərkəzlər yaradılacaq  |     19:42 Ötən gün vətəndaşların bank kartlarından 24 min manatdan çox pul oğurlanıb  |     19:37 Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir  |     19:30 “Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub  |     19:25 Özbəkistan Prezidenti Azərbaycana səfərə hazırlaşır  |     19:16 Messi "İnter Mayami"nin tarixinə düşüb  |     19:11 Azərbaycanda 3 bağlanmış bankın əmlakları hərraca çıxarılır  |     19:03 İranın Müdafiə Nazirliyinə məxsus agentliyin qərargahı vurulub  |     18:58 Meksikanın “Canal 6 TV” kanalında Azərbaycanın uğurları və dünyada artan nüfuzundan danışılıb  |     18:51 Tayvan tezliklə ABŞ-dən 10 ədəd F-16 qırıcısı alacaq  |     18:45 Meksikanın şimalında ABŞ-yə çəkilmiş narkotik tuneli tapılıb  |    

Qarabağ Universitetinin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları müəyyənləşib

Qarabağ Universitetinin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları müəyyənləşib.

Median.Az 
xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.

Universitetin nizamnamə fondu 10.000.000 (on milyon) manatdır.

Universitetin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşır.

Universitet ona verilmiş əmlakdan yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Universitetin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.

Universitet əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Nazirliklə razılaşdırmaqla həyata keçirir.

Universitet mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Universitetin əmlakının idarə edilməsi ilə bağlı fəaliyyətinə nəzarəti Nazirlik və ya Nazirliyin səlahiyyət verdiyi şəxs həyata keçirir.

Universitetin maddi-texniki bazası və təhsil infrastrukturu Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq normativlərə uyğun olmalıdır.

Universitet “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir.

Universitet bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

Universitet Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün Universitet Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.

Universitetin bu Nizamnamənin 5.2-ci bəndində göstərilən mənbələrdən (Universitetin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşır) büdcə vəsaiti istisna olmaqla, daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.

Universitetin fəaliyyətindən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, Universitetin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə, habelə normativ hüquqi aktlarla müəyyən edilmiş digər məqsədlərə yönəldilir.

Universitet fəaliyyətindən əldə etdiyi vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na uyğun olaraq xərcləyir.

Universitetdə dövlət hesabına göstərilən xidmətlərin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən olunur. Universitetin ödənişli təhsil xidmətlərinin və bu Nizamnamənin 5.11-ci bəndində nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsulların (malların, işlərin və xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyil.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            897 06.02.24 21:55