Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda sakinin evini blokadaya aldılar - FOTO / VİDEO

02.02.2024 11:35 1 308
Bakıda sakinin evini blokadaya aldılar - FOTO / VİDEO
Özlərini əvvəllər “Çarbağ”, daha sonra “Marbel Construction” MMC kimi təqdim edən MTK işçiləri heç bir yazılı bildiriş göndərmədən Nazirlər Kabinetinin 86 saylı qərarını əsas gətirərək qeyri-qanuni söküntü işləri ilə məşğuldurlar. Qəsdən və qərəzli şəkildə yaşadığım evin ətrafında narahatlıq yaradıb, telefon, su, kanalizasiya xəttlərinə zərər vururlar. Hətta su xəttlərinin zədələnməsi nəticəsində günlərlə su yola axıb və evimin altına su dolub. MTK bizə problem yaradır və narahatçılıq verir.

Median.Az xəbər verir ki, bu sözləri "Tribunainfo"ya Bakı şəhəri, Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsi, ev 33 Q ünvanında yaşayan Məsumova Şəfiqə Bəhlul qızı bildirib. O qeyd edib ki, MTK onların rahat yaşamaq hüququnu əllərindən alıb:

“Mən 1999-cu ildən Nərimanov rayonu, Elçin İsaqzadə küçəsi, Məzahir Məmmədov adına 37 nömrəli tam orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəllimi işləyirəm. Vətənə, millətə layiq savadlı gənclərin yetişməsində bir vətəndaş-müəllim kimi öz vəzifə borcumu layiqincə yerinə yetirirəm. Ümumilikdə 33 illik pedaqoji stajım var. 2000-ci il tarixindən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüyəm.


2003-cü il tarixindən Bakı şəhəri, Nərimanov rayonu, Xəlil, Rza Ulutürk küçəsi, ev 33Q ünvanında oğlum Nurlan Məsum və Hacılı Lamiyə ilə qeydiyyatda yaşayırıq. Hazırda yaşadığım evin ətrafında özlərini əvvəllər “Çarbağ”, daha sonra “Marbel Construction” Məhdud Məsuliyyəti Cəmiyyəti kimi təqdim edən MTK işçiləri heç bir yazılı bildiriş göndərmədən Nazirlər Kabinetinin 86 saylı qərarını əsas gətirərək qeyri-qanuni söküntü işləri ilə məşğuldurlar.

Qəsdən və qərəzli şəkildə yaşadığım evin ətrafında narahatlıq yaradıb, telefon, su, kanalizasiya xəttlərinə zərər vururlar. Hətta su xəttlərinin zədələnməsi nəticəsində günlərlə su yola axıb və evimin altına su dolub.

Söküntünün qalıqlarını hər gün məktəbə gedib gəldiyim yola və evimin qarşısına tökmüş, indi isə evimin qarşısını heç bir haqqları və əsasları olmadan hasarlamaq istəyirlər. Öz evimizdə rahat yaşamağa maneçilik törədilir. Azərbaycan Respublikasının Konstitutsiyasına əsasən hər kəs normal şəraitdə, sağlam ətraf mühitdə yaşamaq hüququ var. Adı çəkilən (Marbel Construction) MTK bizim normal yaşamaq hüququmuzdan məhrum edir. 27 Yanvar 2024 tarixində evimin qarşısında qanunsuz hasarlama üçün dirəklərin basdırılmasına etirazımı bildirdikdə isə “hara istəyirsən şikayət et” deyirlər.


Əlavə olaraq qeyd etmək istəyirəm ki, eyni zamanda oğlum Məsum Nurlan (36 yaş), qızım Hacıyeva Lamiyə (38 yaş), azyaşlı nəvələrim Hacılı Almila (6yaş) və Hacılı Altay (2yaş) mənimlə birlikdə yaşayır. Yeni Azərbaycan Partiyasının üzvü kimi hesab edirəm ki, qarşıdan gələn prezident seçkiləri ərəfəsində belə “işgüzar” sahibkarlar öz qeyri-qanuni hərəkətləri ilə seçkiqabağı Yeni Azərbaycan Partiyasının nüfuzuna, apardığı siyasətə qarşı, vətəndaşların sosial rifahına, firavanlığına xələl gətirirlər.

Yuxarıda qeyd olunanları nəzərə alaraq bu özbaşınalığın qarşısını almaq üçün bir Azərbaycan vətəndaşı, bir müəllim olaraq bununla bağlı müvafiq qəti tədbirlərin tərəfinizdən görülməyini, evimin hasarlanaraq blokada şəraitinə salınmasının qarşısının alınması üçün dövlət qurumlarına müraciət edirəm”.

Şikayətçi bildirib ki, ərazi hasara balındığı üçün vahiməli vəziyyət yaranıb:

“Evimizin qarşısından keçə bilmirik. Hərəkət etməyə yer qalmayıb. Axşam saatlarında göz-gözü görmür. Olduqca vahiməli və təhlükəli vəziyyət yaranıb”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.







Son xəbərlər