Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda narkotik vasitənin təsiri altında 10-dan çox avtomobilə ziyan vuran sürücü həbs edilib

01.02.2024 19:52 1 131
Bakıda narkotik vasitənin təsiri altında 10-dan çox avtomobilə ziyan vuran sürücü həbs edilib
Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən və ondan çox avtomobilə ziyan vuran sürücü həbs edilib.

Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsi törətdiyi üçün “Opel” markalı, 77-DK-952 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat axınınına əks istiqamətdə hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atan, ondan çox avtomobilə ziyan vuran sürücü Zülfüqarov Orxan Şahlar oğlu saxlanılıb və onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı O.Zülfüqarovun narkotik vasitə qəbul etməsi də müəyyən edilib.

Tədbirlərin davamı kimi O.Zülfüqarovun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib və ümumi çəkisi 2,680 qram narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb.

Toplanılmış materiallar maddi sübutla birgə baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxsin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner