Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama | 16:29 Azərbaycan xaricdən 13 milyon dollarlıq plastik tullantısı alıb | 16:10 İslam Rzayevin əmlaklarına həbs qoyuldu - Siyahı | 14:57 Litvanın XİN rəhbəri “Sabah” – “Barselona” oyununu izləyəcək | 14:47 Hacıqabulda qətl: Kürəkən saxlanıldı - Təfərrüat bilindi |
Mojo.az Avto
Mojo.az Avto

Baydenin ölkədəki reytinqi pis nəticə verib

26.01.2024 15:47 2 589
Baydenin ölkədəki reytinqi pis nəticə verib
Co Baydenin ABŞ prezidenti kimi fəaliyyət göstərdiyi üçüncü il ərzində işini bəyənmə reytinqi orta hesabla 39,8% təşkil edib. Bu hesablamalar sorğu keçirən “Gallup” xidməti tərəfindən təqdim olunub və qeyd edilib ki, bu nəticə İkinci Dünya müharibəsindən sonra bütün ABŞ liderləri arasında ən pis nəticələrdən biridir.

Dərc edilmiş məlumatlara görə, respondentlərin orta hesabla yalnız 39,8%-i Baydenin 2023-cü il yanvarın 20-dən bu il yanvarın 19-na qədər olan iş performansını bəyənib. Baydenin prezident kimi ilk ilində bu göstərici 48,9%, ikinci ildə 41,0% olub.

Qeyd edək ki, Baydenin andiçmə mərasimi 20 yanvar 2021-ci ildə baş tutub. ABŞ prezidentləri dördillik müddətə seçilirlər.

Mənbə: TASS

Son xəbərlər