Mojo.az Banner
17:24 Mehdiabad qəsəbəsinin qaz təchizatı dayandırılacaq  |     17:11 Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ  |     17:00 Əli Əsədov Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib  |     16:44 Alyona Əliyeva WUF13-dən paylaşım edib - Video  |     16:14 Bakı-Tbilisi-Bakı qatarının sərnişinlərinə ŞAD XƏBƏR  |     15:52 Bakıda söküləcək binaların yerində nələr tikiləcək - AÇIQLAMA  |     15:46 Anar Əsədliyə hökm oxundu  |     15:35 Bu dərmanlar xərçəng xəstələrinin müalicəsinə kömək edə bilər (TƏDQİQAT)  |     15:21 WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir - CANLI  |     15:01 "Atlant"la bağlı qalmaqal davam edir - Zərərçəkmişlər istəyinə nail ola biləcəkmi?  |     14:50 Böyük Britaniya səfiri Azərbaycanı tərk edir  |     14:43 Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri açıqlandı  |     14:35 Qobustanda körpünün çökdüyü ərazidən son görüntülər - Video  |     14:28 İki həmyaşıdını bıçaqlayan gəncə hökm oxundu  |     14:04 Əməkdar artist xəstəxanaya yerləşdirildi  |     14:01 Tullantılarla mübarizə yoxsa laqeydlik? – Mövcud vəziyyət təhlil edildi  |     13:52 Şəkidə yaşayanların DİQQƏTİNƏ! Bu şəxslərin uçotu aparılır  |     13:51 Bakıda keçirilən WUF13-də 53,5 min iştirakçı qeydə alınıb  |     13:45 Bakı-Tbilisi qatarında daha ucuz qiymətə sərnişin daşınması müzakirə edilir - RƏSMİ  |     13:41 Alimpaşa Məmmədovun işinə baxmış hakim VƏZİFƏSİNDƏN AZAD EDİLİR  |    
Left Banner
Right Banner

Bakıda məşhur restoranda dava: Müğənni xəsarət aldı - MƏHKƏMƏ

16.01.2024 17:30 2 259
Bakıda məşhur restoranda dava: Müğənni xəsarət aldı - MƏHKƏMƏ
Bakının Suraxanı rayonunda 1983-cü il təvəllüdlü Saday istirahət mərkəzində münaqişə zamanı müğənnilik edən Rövşən adlı şəxsə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən “Su Pərisi” ailəvi istirahət kompleksində baş verib. Saday orada keçirilmiş yığıncaqda rəqs edərkən musiqi dayandığından, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə musiqiçilərə mikrofonun dəmir modernini masanın üzərindən götürərək müğənni Rövşənin sifət nahiyəsindən qəsdən bir zərbə vurub.

Hadisəni törədən Sadayın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saday ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2 iyul 2022-ci ildə həyat yoldaşı ilə birlikdə xalası oğlunun “Su pərisi” adlı restoranda keçirilən toy məclisinə gedib: “Toy məclisində çalğıçılar olmasa da, bir nəfər sintezator ifaçısı və bir müğənni olub. Məclisdə yemək yedim, spirtli içki qəbul etdim. Sonra isə həyat yoldaşım ilə birlikdə rəqs etməyə başladım. Bir qədər rəqs etdikdən sonra musiqi qəflətən kəsildi. Mən də ifaçılara yaxınlaşaraq, nə üçün musiqinin dayandırıldığını soruşdum. Mənə kobud cavab verildi. Mən də bundan əsəbiləşdim. Sintezator masasının üstündə olan bir ədəd metal moderni götürərək, stulda oturmuş müğənninin üstünə tulladım. Modern müğənninin üzünə dəydi. Mən bunu gördükdən sonra etdiyim hərəkətdən peşman olaraq zalı tərk etdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, xəsarət yetirdiyi müğənnini əvvəllər tanımayıb və onunla aralarında hər hansı bir mübahisə, ədavət olmayıb: “Həmin hərəkəti etməyimə səbəb həyat yoldaşım ilə birlikdə rəqs edərkən qəflətən musiqinin kəsilməsi olub. Həmin metal moderni götürərək müğənniyə tərəf atarkən ona hər hansı bir xəsarət yetirmək məqsədim olmayıb. Sonda zərərçəkmiş şəxslə barışıq əldə etmişəm. Eyni zamanda özüm və iki uşağım vərəm xəstəliyindən əziyyət çəkirik”.

İş üzrə zərərçəkmiş Rövşənin sözlərinə görə, xanəndədir və 20 iyun 2022-ci ildən “Su Pərisi” restoranında toy, digər şənliklərdə müğənni olaraq iştirak edir: “İyulun 2-də həmin restoranda toy məclisi keçirilirdi. Mən də da həmin məclisdə həm müğənni, həm də aparıcı kimi, digər şəxs isə özünün sintezatoru ilə sintezator ifaçısı olaraq iştirak edirdi. Şənlikdə sintezatorda səsləndirilən rəqs havaları ifa olunurdu. Mən də arada bir muğam və ya xalq mahnıları oxuyurdum. Saat 17 radələrində sintezatorda rəqs mahnısı çalınırdı və qonaqlar ortada rəqs edirdilər. Mən də səhnədə stulda əyləşmişdim. Bu vaxt məclisdə olan iştirakçılardan biri musiqini dayandırdı. Bundan sonra rəqs edən şəxslərdən bir nəfər kişi səhnəyə yaxınlaşaraq nə üçün musiqinin dayandırıldığını soruşdu. Mən bunu aydınlaşdırmaq üçün sintezator ifaçısına müraciət etməsini dedim, üzümü digər tərəfə döndərdim. Bunu görən həmin şəxs qışqırmağa başladı, ünvansız olaraq ucadan nalayiq ifadələr işlətdi. Mən dönüb yenidən ona baxmaq istədikdə üzümə bərk bir əşyanın dəydiyini hiss etdim. Baxdıqda, həmin əşyanın istifadə etdiyimiz mikrofonun metal moderni olduğunu gördüm. Zərbədən burnumdan qan axmağa başladı. Orada olan şəxslər məni vuran şəxsi oradan uzaqlaşdırdılar, mənə tibbi yardım göstərilməsi üçün Təcili Tibbi Yardım çağırdılar. Oraya gələn həkimlər mənə ilkin tibbi yardım göstərdilər. Daha sonra restoranın müdiri Çingiz adlı şəxs gələrək, məni Sabunçu rayon xəstəxanasına apardı. Xəstəxanada tibbi yardım göstərildikdən sonra evə getdim”.

Zərərçəkmiş deyib ki, onu vuran şəxs ilə əvvəllər hər hansı bir tanışlığı, münasibəti olmayıb: “Həmin şəxsin mənə xəsarət yetirməsi nəticəsində burun sümüyüm sındığından sənətim ilə məşğul ola bilmirəm. Ona görə də mənə xəsarət yetirənin, yəni sonradan adının Saday olduğunu bildiyim şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edirəm”.

Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sadayın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza təyin olunub.скачать dle 11.3
Mojo.az Banner