Mojo.az Banner
23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |     22:22 Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb  |     22:18 Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video  |     22:16 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - Agentlikdən açıqlama (Yenilənib)  |     22:13 Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır - Video  |     21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |    
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə 20 nəfəri qanunsuz işlədən iş adamına cəza vermədi

15.01.2024 20:53 2 112
Məhkəmə 20 nəfəri qanunsuz işlədən iş adamına cəza vermədi
Bakıda məşhur restoranların sahibinə qarşı açılmış cinayət işi ilə bağlı məhkəməyə qərar verib.

Qaynarinfo-nun məlumatına görə, Dövlət Vergi Xidməti tərəfindən Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən "Miror" restoranında yoxlama həyata keçriilib.

Aparılan yoxlama zamanı restoranın sahibi, 1992-ci ildə İmişli rayonunun Yalavac kəndində anadan olmuş Namidar Niftaliyev tərəfindən sözügedən restoranda Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni - 20 nəfər işçini müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib. Təqsirləndirilən şəxs həm də "Tural" şadlıq sarayının sahibidir.

O, Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Şirvan Şəhər Məhkəməsinin qərarı ilə istintaq dövrü başa çatanadək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsindən alınmış 17 avqust 2023-cü il xidməti məktubundan müəyyən edilib ki, sahibkar "Miror" restoranında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 20 nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində xeyli məbləğdə "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət Sosial Müdafiə Fondu, işsizlikdən sığorta və icbari tibbi sığorta” haqqını ödəməkdən yayınıb və qabyuyan, xadimə, aşbaz, barmen və digərlər sahələrdə çalışan şəxslərlə hər hansı əmək müqaviləsi bağlamayıb.

İşin istintaqı başa çatıdırılıb və Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərləri olmadığından cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.скачать dle 11.3
Mojo.az Banner