Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda gecə saatlarında məktəb tikilir - VİDEO

12.01.2024 19:49 1 866
Bakıda gecə saatlarında məktəb tikilir - VİDEO
Bakıda yaşayış binasının sakinləri gecə saatlarında tikinti işinin aparılmasından narazıdırlar.

Xırdalan şəhəri, Rəşid Behbudov küçəsi bina 62 sakinləri şikayətlərini Oxu.Az-ın redaksiyasına ünvanlayıblar.

Sakin Araz Musayev bildirib ki, binanın arxasında yerləşən 8 nömrəli məktəbin tikintisi gecə saatlarında davam edir:

“Məktəbi yay aylarında söküblər. Söküldüyü gündən yenidən tikintisinə başlanılıb. Tikinti gecə 1-2-3 radələrində başlayır. Artıq son həddəyik. Biz binanın arxasındakı binada yaşayırıq. Zəng vurub, polisə şikayət edirik. Polis gələndə iş dayanır. Hansı şirkət tərəfindən tikinti aparıldığı məlum deyil.

Dünən yenə işə başladılar. Düşündüm ki, məsələni ictimailəşdirmək lazımdır. Bilsinlər ki, bu saatlarda iş aparmaq olmaz. Gecə 3-4 saat dayanmadan iş gedir. İnsanlara bu şəkildə əziyyət verməzlər. Biz kiminsə cəzalanmasını istəmirik. Sadəcə bu saatlarda işin getməsini istəmirik”.скачать dle 11.3
Mojo.az Banner