Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi ərəb mediasının diqqət mərkəzində olub - FOTO

12.01.2024 13:18 3 066
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi ərəb mediasının diqqət mərkəzində olub - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli telekanallara geniş müsahibəsi ərəb ölkələrinin telekanalları və ən geniş oxucu kütləsinə malik olan qəzet və portallarının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, Qətərin rəsmi QNA informasiya agentliyi və “Əl Cəzirə” telekanalı Azərbaycanın dövlət başçısının çıxışında Ermənistanla sülh sazişinin imzalanmasına hazırlıq prosesi və Fransanın Cənubi Qafqaz regionunda destruktiv siyasəti ilə bağlı yer almış fikirləri ön plana çıxarıb. Materiallarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev İrəvanın tədricən sülh prosesinə hazırlandığını, Fransanın isə yeni müharibə üçün Ermənistanı silahlandırdığını söyləyib. Eyni zamanda, Azərbaycanın lideri iki ölkə arasında danışıqlar prosesində təminatçılara ehtiyac olmadığını vurğulayıb.

Azərbaycan Prezidentinin müsahibəsi BƏƏ-nin “Əl-Xalic”, Misirin “Əl Əhram” və “Nile” qəzetlərində, həmçinin “Ən Nəşrə”, “Ər Rəy”, “Əl Cumhuria”, Londonda ərəb dilində nəşr edilən “Independent Arabia” portallarında da işıqlandırılıb. Məqalə və xəbərlərdə qeyd olunub ki, Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirib, Parisi erməni silahlı qüvvələrini silahlandırmaqda, regional sülhə əngəl törətməkdə ittiham edib. Dövlət başçısı vurğulayıb ki, ötən il sentyabrın 20-si Azərbaycanın müasir tarixində yeni eranın başlanğıcı olub, ölkə uzun fasilədən sonra öz əraziləri üzərində tam suverenliyini bərpa edib. Prezident İlham Əliyev qeyd edib ki, fevralın 7-də prezident seçkisi ilk dəfə Azərbaycanın bütün ərazilərində keçiriləcək.








Son xəbərlər