Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İran donanması Oman körfəzində neft tankerini ələ keçirdiyini təsdiqləyib

11.01.2024 20:17 2 043
İran donanması Oman körfəzində neft tankerini ələ keçirdiyini təsdiqləyib
İran Hərbi Dəniz Qüvvələri məhkəmə qərarı ilə Oman körfəzi sularında neft tankerini ələ keçirdiyini təsdiqləyib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilir ki, ələ keçirilən gəmilər ABŞ ilə əlaqəlidir.

Bundan əvvəl Yunanıstanın Gəmiçilik və Ada Siyasəti Nazirliyi “St Nikolas” tankerinin ələ keçirildiyini bildirmişdi. Məlumata görə, ölkənin “Empire Navigation” şirkəti ilə əlaqəli olan gəminin heyətində yunanıstanlı kapitan və 18 filippinli dənizçi var.

Yunanıstanın “Efimerida ton Syntakton” qəzeti tankerin əvvəllər beynəlxalq sanksiyalar altında olan İran neftinin daşınması üçün istifadə edildiyini, sonralar ABŞ tərəfindən cərimələndiyini və müsadirə edildiyini yazıb.скачать dle 11.3
Mojo.az Banner