Mojo.az Banner
19:10 İlber Ortaylı vəfat etdi  |     19:07 Bir rayonda iki nəfər küçədə öldü  |     19:01 Bakı və Sumqayıtda yaşıllıqlara 73 min manatdan çox zərər vurulub  |     18:45 Bu halda dövlət ehtiyacları üçün torpaqlar alınacaq  |     18:42 "Sədərək"də mağazadan 16 min manatlıq oğurluq  |     18:38 İsrafil ağanın evi bərpa olunacaq  |     18:32 Elektron siqaretlərin istehsalı, satışı və istifadəsinə görə cərimələr müəyyənləşdi  |     18:19 Kürdəmirdə ərzaq bazarında nöqsanlar aşkarlanıb  |     18:16 Zelenski azərbaycanlı hərbçini ordenlə təltif etdi - FOTO  |     18:10 İrandan Azərbaycana daha 39 Hindistan vətəndaşı təxliyə edilib  |     18:09 83 nömrəli avtobusların hərəkət sxemi dəyişdirilir  |     17:58 Paytaxtda 15 istiqamət üzrə yollarda sıxlıq müşahidə olunur  |     17:54 "Gəncə Sukanal" ləğv olunur  |     17:40 Bakı və paytaxtətrafı avtobuslarda YENİ QİYMƏTLƏR MÜƏYYƏNLƏŞDİ - FOTO  |     17:34 Hərbi xidmətə getməyə hazırlaşan gənc BMW ilə avtoşluq etdi  |     17:26 Ailə faciəsinə səbəb olan inkassator avtomobilinin sürücüsü həbs edildi  |     17:10 Bakıda 93 yaşlı kişi ilə 42 yaşlı qadın evləndi - Video  |     17:08 Məhkəmə Alimpaşa Məmmədovla bağlı yekun qərar verdi  |     16:51 Müdafiə Nazirliyi Türkiyə ərazisinə qarşı növbəti raket buraxılışını pisləyib  |     15:37 Süni intellekt proqramları ilə qadınları şantaj etdi - Video  |    
Left Banner
Right Banner

Milli QHT Forumu İlham Əliyevin siyasətinə dəstək bəyanatı qəbul edib

10.01.2024 15:53 1 593
Milli QHT Forumu İlham Əliyevin siyasətinə dəstək bəyanatı qəbul edib
Yanvarın 10-da Milli QHT Forumunun Bakıda ümumrespublika yığıncağı keçirilib.

Forumda çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni vətəndaş cəmiyyətinin inkişaf yolundan bəhs edib.

Bildirilib ki, Azərbaycan Milli QHT Forumu 25 ildir ki, ölkədə vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir. Hazırda Forum öz sıralarında müxtəlif profilli 100-lərlə QHT-ni birləşdirir. Son 1 ayda Azərbaycan Milli QHT Forumu respublikanın 5 regionunda – Lənkəranda, Qubada, Şəkidə, Gəncədə və Naxçıvanda forumlar keçirib, bu forumlarda 250-dən çox yerli QHT iştirak edib. Bu gün regional forumlara ümumrespublika forumu ilə yekun vurulur.

R.Zeyni qeyd edib ki, ölkə üzrə vətəndaş cəmiyyəti təsisatları ilə aparılan bütün müzakirələrdə vahid mövqe və yekdil fikir ondan ibarətdir ki, son 20 ildə Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə tarixində heç vaxt olmamış miqyasda böyük inkişaf yolu keçib.

Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov çıxış edərək Azərbaycanın yeni inkişaf mərhələsində vətəndaş cəmiyyətinin rolundan, ölkəmizin inkişafında müxtəlif sahələrdə görüləcək işlərdən danışıblar, QHT-ləri fəal əməkdaşlığa çağırıblar. Qeyd olunub ki, ötən 20 ildə Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz, etibar, hörmət qazanıb.

Daha sonra Milli QHT Forumunun bəyanatı qəbul olunub.

Bəyanatda deyilir:

“Məhz Prezident İlham Əliyevin rəhbərliyi, Ali Baş Komandanlığı ilə 30 ilə yaxın işğal altında qalmış bütün torpaqlarımız azad olunub. Şuşada, Xankəndində, Xocalıda Azərbaycan Bayrağı qaldırılıb. Bu, Azərbaycan xalqının tarixində qızıl dövrün açılmasıdır. 200 ilə yaxındır ki, “erməni məsələsi” Cənubi Qafqazda bütün problemlərin kökündə dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasətlə bu məsələ birdəfəlik həll edildi. Ermənistan və onun havadarlarının Cənubi Qafqazda ikinci erməni dövləti yaratmaq niyyətləri puç oldu. Azərbaycanın vətəndaş cəmiyyəti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə fəxr edir. Bu gün Azərbaycan dünyada təhlükəsizlik adası, əmin-amanlıq diyarı kimi tanınır. O qədər də uzaq olmayan bölgələri, coğrafiyanı qanlı hadisələr, aramsız böhranlar, təlatümlər bürüyüb. Azərbaycan isə gündən-günə güclənir, inkişaf etmiş dövlətə çevrilmək yolunda sürətlə irəliləyir. Ulu öndər Heydər Əliyev yolu və Prezident İlham Əliyevin qətiyyətli, məqsədyönlü siyasəti Azərbaycanın bütün uğurlarının təməlində dayanır. Ölkədə gedən ümumi inkişaf vətəndaş cəmiyyəti üçün də yeni imkanlar açır. Yaradılmış sərbəst və azad mühit QHT-lərin fəaliyyətini, onların təşəbbüslərini önə çıxarır. Prezident İlham Əliyevin QHT-lərin fəaliyyəti ilə bağlı çağırışları, fikirləri Azərbaycan QHT-lərinə ictimai etimadı gücləndirir, vətəndaş cəmiyyəti qərarların qəbulu proseslərində fəal iştirak edir. İctimai iştirakçılıq ötən 20 ildə xeyli genişlənib. Hazırda 4000-ə yaxın QHT ölkənin ictimai həyatında yer alır.

Azərbaycan QHT-ləri bu gün bir çox sahələrdə cəmiyyət həyatına layiqli töhfələri ilə seçilir, beynəlxalq miqyasda uğurlar qazanırlar. Azərbaycan Milli QHT Forumu olaraq bəyan edirik ki, ölkəyə böyük tarixi qələbələr qazandıran Prezident İlham Əliyevin siyasətini tam müdafiə edirik, bu siyasətin davam etməsi hər birimizin ümumi arzusu, istəyi, mövqeyidir. Biz Sizinləyik, cənab Prezident!”

Forumda o da qeyd olunub ki, 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkisi indiyədək olan bütün seçkilərdən fərqlənir. Bu seçkilər ilk dəfə respublikanın bütün suveren ərazisində təşkil olunacaq. Bu, böyük tarixi hadisədir. Azərbaycan Milli QHT Forumu Azərbaycan vətəndaşlarını bu tarixi prosesin bir hissəsinə çevrilməyə, səsvermə günü seçkilərdə fəal iştiraka çağırıb.скачать dle 11.3
Mojo.az Banner