Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Mərkəzi Bankı süni intellektdən istifadə edəcək

28.12.2023 12:35 2 616
Azərbaycan Mərkəzi Bankı süni intellektdən istifadə edəcək
Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü ildə qarşısına qoyduğu hədəflərdən biri analitik təhlillər və iqtisadi modellərdə süni intellektin istifadəsini nəzərdən keçirməklə makroiqtisadi proqnozvermə qabiliyyətinin təkmilləşdirilməsidir.

Bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

“Əsas məqsəd pul siyasəti qərarlarını nəzəri və ekonometrik cəhətdən adekvat modellərin nəticələrini nəzərə almaqla qəbul etməkdir. Model aparatı yerli və xarici ekspertlərin makroiqtisadiyyat və kəmiyyət metodları üzrə son elmi araşdırmaları, mərkəzi bankların qabaqcıl təcrübələri əsasında təkmilləşdiriləcək. Alternativ statik göstəricilər genişləndiriləcək, makroiqtisadi məlumatlardan təşkil olunmuş irihəcmli verilənlər bazasının formalaşdırılması davam etdiriləcək”, - deyə Bəyanatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner