Mojo.az Banner
23:01 “WhatsApp”da yeni dönəm – Nömrəniz görünməyəcək  |     22:48 "Meta" yeni süni intellekt modelini təqdim etdi  |     22:40 Dünyanın ən varlıları yayda hara gedir? - 5 məkan  |     22:35 Numan Kurtulmuş: "Azərbaycan-Ermənistan yaxınlaşması müsbət və önəmlidir"  |     22:29 Sabunçuda evləri, həyətləri kanalizasiya suyu basıb - Video  |     22:23 Bulvarda batma təhlükəsi ilə üzləşən qadın xilas edildi - Video  |     22:18 Binəqədidə "Qarabağ" kafesində "iPhone" oğurluğu  |     22:10 Qlobal təsir Azərbaycanda da bu məhsulları bahalaşdıracaq - İqtisadçı açıqladı  |     22:04 Cins şalvar seçimi: 50 yaşdan yuxarı qadınlar üçün əsas məsləhətlər  |     21:59 Dünyanın ən "yaşıl" şəhərləri açıqlandı: Ən çox park və meşə olan yerlər  |     21:52 Futzal üzrə Azərbaycan millisi Gürcüstana uduzdu  |     21:47 Bu ərazilərdə işıq olmayacaq  |     21:43 Bu iPhone modellərində "Telegram" işləmir  |     21:37 Moskva 2027-ci il üçün planını açıqladı: Miqrantlarla bağlı yeni limitlər  |     21:30 Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA - 100 min...  |     21:24 Litvanın Baş naziri Milli Xalça Muzeyini ziyarət edib  |     21:16 AYİB Azərbaycan və region ölkələrinə 5 milyard avro ayıracaq  |     21:11 Azərbaycanın vitse-konsulu Yekaterinburqda azərbaycanlı məhbuslarla görüşdü  |     21:04 Şeyx 10 milyon dollara dünyanın ən gözəl atını aldı - VİDEO  |     20:56 Dünya çempionu vəfat etdi  |    
Left Banner
Right Banner

Xəzərdə dalğanın hündürlüyü üç metrə çatıb

28.12.2023 12:09 1 320
Xəzərdə dalğanın hündürlüyü üç metrə çatıb
“Dekabrın 28-də səhər saatlarına olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib. Güclü şimal-qərb küləyi əsir”.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 29, Qobustanda 23, Balakən, Şəki, Naftalan, Altıağacda 20, əksər rayonlarda isə 19 m/s-yə çatır.

“Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metrə çatıb. Dekabrın 28-də axşamadək güclü şimal-qərb küləyinin davam edəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir”.скачать dle 11.3
Mojo.az Banner