Mojo.az Banner
18:49 Gəncədə 49 yaşlı qadın evində qətlə yetirildi - Oğlu şübhəli bilinir  |     18:47 Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO  |     18:32 Dünyanın ən yaşlı insanı 117 yaşını qeyd edir  |     18:30 Xocavənddə mina partlayışı: Xəsarət alan var  |     18:17 Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi  |     18:10 İsveçdə məktəbə silahlı hücum: Xəsarət alanlar var  |     18:00 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     17:39 UEFA və KONKAKAF birgə Millətlər Liqasının yaradılmasını müzakirə edir  |     17:30 Bakıda ən bahalı mənzil 10 milyon, ən ucuz mənzil 30 min manatdır (FOTO)  |     17:12 Agentlik məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib  |     16:55 Alimlər Günəşdə güclü partlayış qeydə alıblar - Maqnit fırtınası təhlükəsi  |     16:44 Kirayə evlərin qiyməti niyə ucuzlaşmır?  |     16:42 Seyran Hüseynova general-mayor rütbəsi verildi - FOTO  |     16:41 Qubada bağ sahəsi yanıb  |     16:27 Psixiatriya xəstəxanasında meyit tapıldı  |     16:14 Səhvən sirkə turşusu içdi, xəstəxanalıq oldu  |     15:57 Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO  |     15:56 Məhkəmə məşhur türkiyəli müğənni Mabel Matizlə bağlı qərar verdi  |     15:45 Salyanda qəza, ölən var  |     15:29 Avropada təbii qaz bahalaşır: Qiymətlər 800 dollardan yuxarı qalxdı  |    
Left Banner
Right Banner

Azərbaycanda bir sıra siyasi partiyalar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər

18.12.2023 15:02 2 610
Azərbaycanda bir sıra siyasi partiyalar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər
Azərbaycanda bir sıra siyasi partiyalar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər.

“Report”un xəbərinə görə, onlar İqbal Ağazadənin sədri olduğu Ümid Partiyası və Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyasıdır.

Ümid Partiyasının sədri İqbal Ağazadə belə bir qərarın qəbul olunmasının səbəbini açıqlayarkən qeyd edib ki, ölkə daxilindəki problemlərin həlli istiqamətində mübarizə və fəaliyyətlərini, prinsip və düşüncələrini yenə də ardıcıl və sistemli davam etdirəcəklər:

“Lakin bu mərhələ ölkə suverenliyi və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həlledici mərhələdir. Başladığı işi uğurla sona çatdırması üçün bu seçkidə iddia və istəklərimizdən, şəxsi və partiya mənafelərimizdən daha çox Azərbaycanımızı düşünərək, Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyirik”.

Haqq və Ədalət Partiyasının yaydığı açıqlamada isə partiyanın geniş tərkibdə iclasının keçirildiyi qeyd olunub:

“Qarşıdan gələn Prezident seçkiləri məhz ona görə bayram əhvalı yaradacaq ki, azad olunmuş doğma Qarabağ torpaqlarımızda, yəni Respublikamızın bütün ərazisində ilk dəfə Azərbaycanın yaratdığı seçki məntəqələrində Azərbaycanın Dövlət bayraqları dalğalanacaq, soydaşlarımız sərbəst və demokratik şəkildə öz Prezidentini seçəcəklər. Partiya üzvləri də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qəbul etdiyi qərarı dəstəklədiklərini və seçkilərdə öz doğmaları ilə aktiv şəkildə iştirak edərək İlham Əliyevin lehinə səs verəcəklərini söyləyiblər. Sonda Haqq Ədalət Partiyası adından 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə yekdilliklə qərar və bəyanat qəbul edilib”.скачать dle 11.3
Mojo.az Banner