Mojo.az Banner
20:29 Sabunçuda qadın öldürüldü - Əri saxlanıldı  |     20:23 Sabah Bakıda yağış yağacaq  |     20:18 Azad edilmiş ərazilərdə daha 237 mina aşkarlandı  |     20:09 Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO  |     20:02 Yol polisi yük avtomobillərinin sürücülərinə çağırış etdi  |     19:56 Bakıda avtobuslarla sərnişindaşıma artıb  |     19:51 Göygöldə qanunsuz tikili sökülüb - VİDEO  |     19:43 Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu  |     19:38 Bərdədə avtomobil eşşək arabasına çırpıldı - Ölən var  |     19:30 Türkiyə Azərbaycan helikopterləri üçün yeni pulemyotlar verəcək  |     19:24 Bir qrup ukraynalı uşaq reabilitasiya keçmək üçün Azərbaycana gətirilib  |     19:15 13 yaşlı oğlan faciəli şəkildə öldü  |     19:10 Bakıda hazırda hansı yollarda sıxlıq var? - SİYAHI  |     19:03 Kolleclərin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI  |     17:06 İlham Əliyevdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN  |     16:54 Dünya təcrübəsi Azərbaycana gəlir – Bakı küçələri avtomobillərdən təmizlənəcək?  |     16:51 Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər təxirə salındı - SƏBƏB  |     16:44 Kobaxidze: "Gürcüstan və Azərbaycan arasında heç bir gərginlik yoxdur"  |     16:28 Vüsal Şilderin qətli 10 000 manata icra olunub?  |     16:15 Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: "Bizi görüb qaçdı" - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistana köçən Rusiya vətəndaşları və ermənilər ölkəni kütləvi şəkildə tərk edirlər?

16.12.2023 13:55 2 121
Ermənistana köçən Rusiya vətəndaşları və ermənilər ölkəni kütləvi şəkildə tərk edirlər?
Ötən il Rusiya-Ukrayna münaqişəsinin başlanmasından və xüsusilə Rusiyaya qarşı irimiqyaslı sanksiyalardan sonra xeyli sayda Rusiya vətəndaşı ölkəni tərk etmək məcburiyyətində qalıb və onların əksəriyyəti Ermənistanda məskunlaşıb.

Bu barədə Ermənistanın “168 Jam” nəşrində dərc olunan məqalədə deyilir.

“Onlardan bəziləri bizneslərini köçürüb Ermənistanda fəaliyyətə başlayıblar ki, bu da həm istehlak tələbinin artmasına, həm də bəzi sənaye sahələrində qeydə alınan yüksək iqtisadi artıma öz töhfəsini verib. Lakin bu il Rusiya vətəndaşlarının axını dayanıb. Ölkəyə köçənlər isə tədricən oranı tərk etməyə başlayıblar. Bəziləri, çox güman ki, geri qayıdıb, digər hissəsi isə başqa ölkələrə getməyi seçib.

Ermənistanı tərk etməyin səbəbləri müxtəlifdir, sosial-iqtisadidən tutmuş siyasiyə qədər. Təkcə mənzil kirayələri deyil, həm də istehlak mallarının qiymətləri çox yüksəkdir. Həmçinin Ermənistanı tərk etməyin səbəblərindən biri də yəqin ki, Ermənistan hakimiyyətinin apardığı anti-Rusiya siyasəti və ruslara qarşı mənfi əhvali-ruhiyyənin formalaşmasıdır”, - deyə məlumatda qeyd olunub.

Rəsmi məlumatlara görə, bu il Ermənistana 1 459 000 Rusiya vətəndaşı daxil olub. Ermənistanı tərk edənlərin sayı isə təxminən 1 469 000 nəfər olub.

“Bu o deməkdir ki, ötən il Ermənistana köçüb məskunlaşanların bir qismi artıq gedib. Bununla belə, gedən rusiyalıların yerini hindistanlılar tutur. Ötən ilin on ayında Ermənistana gələn Hindistan vətəndaşlarının sayı təxminən 16 700 nəfər olubsa, bu il onların sayı artaraq 42 800 nəfərə çatıb.

Bundan əlavə, respublika vətəndaşları Ermənistanı tərk edirlər. Gedənlərin sayı artır. Bu o deməkdir ki, hakimiyyət yüksək iqtisadi artım templərindən və yaxşı yaşayış şəraitinin yaradılmasından nə qədər danışsa da, miqrasiya nəinki davam edir, həm də kifayət qədər yüksək templərə çatır”, - deyə məqalədə deyilir.
скачать dle 11.3
Mojo.az Banner