Mojo.az Banner
21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |     20:53 Universitetlərdə "TikTok" diplomu dövrü başlayır - Bu ölkələr qərar verdi  |     20:48 Yeni "Harri Potter" serialı narazılıq yaratdı: Nə baş veri? (VİDEO)  |     20:40 Payızda səhərlər yuxudan oyanmaq niyə çətin olur?  |     20:35 Yaşıllıqlara 47 540 manat ziyan dəyib  |     20:29 Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb  |     20:22 Azərbaycanda bu qədər şəxsin pensiyası artacaq  |     20:17 “Bakı Metropoliteni”nə yeni səlahiyyət verildi  |     20:09 Süni intellekt şöbəsinin işçilərinin kompüteri yoxdur? - AMEA prezidentindən açıqlama (VİDEO)  |     20:04 “Elə məbləğ desinlər ki, dördotaqlı evdən çıxanda ikiotaqlı ala bilək” - Səbaildə narazılıq (VİDEO)  |     19:55 Şənbə günü Azərbaycanda güclü yağış yağacaq  |     19:50 Xanım məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı  |     19:42 Qaxda əməliyyat - İki nəfər həbs edildi  |     19:37 Zorakılıqdan zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin investisiya nazirini qəbul edib

15.12.2023 16:21 2 874
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin investisiya nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Bakıda Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-in Dubayda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

Məhəmməd Həssən Əl Suveydi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş edib.

Dövlətimizin başçısı bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinə səfərini və səfər çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünü məmnunluqla xatırlayıb.

Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli dostluq münasibətlərin bir çox sahədə uğurla inkişaf etdiyi bildirilib, müxtəlif səviyyələrdə təmasların əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət etdiyi qeyd olunub.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərar beynəlxalq aləmdə ölkəmizə göstərilən böyük etimadın və hörmətin nümunəsi kimi dəyərləndirilib.

Söhbət zamanı bu gün imzalanacaq sənədlərin önəmi qeyd edilərək bunun iqtisadi sahədə əməkdaşlığın və ümumilikdə əlaqələrimizin uğurlu inkişafının yaxşı göstəricisi olduğu bildirilib.

Sonra sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan İnvestisiya Holdinqi və Əbu-Dabi İnkişaf Holdinq Şirkəti arasında Birgə sərmayə çərçivə razılaşması imzalanıb.

Razılaşmanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzalayıblar.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında data mərkəzləri layihələrində investisiya əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzalayıblar.скачать dle 11.3
Mojo.az Banner