Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Söyüşə görə qonşusunu qayçı ilə qətlə yetirən şəxslə bağlı QƏRAR

14.12.2023 12:41 1 380
Söyüşə görə qonşusunu qayçı ilə qətlə yetirən şəxslə bağlı QƏRAR
Ali Məhkəmədə Bərdə rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Rəşad Musayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb

Pravda.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Musayevə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti isə qismən təmin olunub.

Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsinə dair müddəalardan könüllü gəlmə xaric edilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, 2022-ci il iyunun 28-də saat bir radələrində Bərdə rayonu, Əmirli kəndində Toğrul Abdullayev qayçı ilə vurularaq öldürülüb. Zərərçəkmişin həmkəndlisi Rəşad Musayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevin sol döş qəfəsi nahiyəsinə bir dəfə xəsarət yetirib. Nəticədə o, almış olduğu xəsarətdən xəstəxanada ölüb. Rəşad Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İttihama görə, hadisədən bir qədər əvvəl Toğrul Abdullayev avtomobilli yüksək surətlə hərəkət edib. Rəşadın atası isə zərərçəkmişə iradını bildirib. Buna görə Toğrul kəndin mərkəzində yerləşən çayxananın qarşı tərəfində Rəşadın atasının ünvanına nalayiq ifadələr işlədib. Təqsirləndirilən şəxs isə əsəbiləşərək Toğrul Abdullayevlə çayxananın arxa tərəfində mübahisə edib, zərərçəkmiş özündə olan qayçı ilə onu vurmaq istəyib. Rəşad qayçını onun əlindən alaraq cibinə qoyub oradan uzaqlaşaraq yaşadığı evə qayıdıb. Həmin gün saat 20 radələrində Toğrul Abdullayevin təkidi ilə kənd ərazisində görüşüb. Bu zaman Toğrul onun ailə üzvlərini təhqir edib. Daha sonra Rəşad onu qayçı ilə qətlə yetirib.скачать dle 11.3
Mojo.az Banner