Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan XİN başçısının müavini: "Azərbaycanla əlaqlərimiz inkişaf edəcək"

08.12.2023 20:50 2 013
Gürcüstan XİN başçısının müavini:
"Gürcüstan Azərbaycanla ənənəvi və strateji dostluq əlaqələrini yüksək qiymətləndirir. Əminliklə deyə bilərəm ki, bu əlaqələr iki ölkənin maraqları və ehtiyaclarına uyğun olaraq inkişaf edəcək".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya dekabrın 8-də Tbilisidə Ulu Öndər Heydər Əliyev haqda çəkilən "Dostluğun siması" adlı filmin təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, Tbilisi və Bakı arasında olan əlaqələr dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır:

"Heydər Əliyev Gürcüstanın ən böyük dostu və dəstəkçisi idi. Gürcüstan və Azərbaycan arasında olan əlaqələr dostluq və qonşuluq ənənələrinə əsaslanır. Heydər Əliyevin sayəsində Gürcüstan və Azərbaycan arasında qarşılıqlı əlaqələr və dostluq münasibətləri formalaşdı. Prezident İlham Əliyevin dövründə isə ələqələrimiz strateji əməkdaşlıq səviyyəsinə qalxıb".

Nazir müavi bildirib ki, Gürcüstanın sabiq Prezidenti Eduard Şevarnadze və Heydər Əliyevin təşəbbüsü ilə başladılan layihələr nəinki Gürcüstan və Azərbaycan üçün ümumilikdə regionun iqtisadi inkişafı üçün olduqca vacib idi:

"Qarşımızda duran əsas tapşırıq bütün bu ənənələri qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Bu il Gürcüstanda Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirildi. Heydər Əliyev Tbilisidə olan zaman Gürcüstan əhalisinə müraciət edərək səsləndirdiyi fikirləri təkrarlamaq istəyirəm: "Azərbaycan və gürcü xalqlarının bəxti onda gətirib ki, onların birlikdə qonşu dövlətlər kimi yaşamaq imkanı var".

Son xəbərlər