Mojo.az Banner
18:38 Bakı-Tbilisi qatarında plaskart vaqonlar olmayacaq  |     18:11 ADY: Sərnişin qatarlarımız Naxçıvana qədər hərəkət edə biləcək  |     18:10 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə edilir?  |     17:50 I Böyük Qayıdış proqramı ilin sonuna qədər yekunlaşacaq  |     17:32 Gürcüstana gedən sərnişinlər necə sığortalanacaqlar? - TARİFLƏR AÇIQLANDI  |     17:20 Bakıda bir neçə mərkəzi küçədə avtomobillərin hərəkəti QADAĞAN EDİLİR  |     17:00 Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?  |     16:40 Bakıda küçə ticarəti: problemlər həll olunacaqmı?  |     16:34 Asan qazanc arzusu gəncləri uçuruma aparır  |     16:03 Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ  |     12:30 Azərbaycanda qadın pilotların sayı açıqlanıb  |     12:06 Ukrayna DİN-də əməliyyat keçirilib - Məmurlar saxlanılıb  |     12:03 Rusiyada QEYRİ-ADİ HADİSƏ: Bakıdan gedən aşpazı narşəraba görə saxladılar - FOTO  |     11:56 DTX tərəfindən saxlanılan Saleh Səmədov nə qədər pul mənimsəyib?  |     11:54 Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər  |     11:53 Bakıda Ukrayna şəhərlərinin dayanıqlı bərpası və baş planları müzakirə edildi  |     11:52 Kliniki Tibbi Mərkəzin həkimi VƏFAT ETDİ - FOTO  |     11:50 Azərbaycanda ən çox maaşı hansı sahədə işləyənlər alırlar?  |     11:47 UEFA Avropa Liqasında FİNAL HƏYƏCANI  |     11:46 Azərbaycan nefti ucuzlaşıb  |    
Left Banner
Right Banner

Naxçıvan səhiyyəsində yenilik: Orqan transplantasiyası əməliyyatları aparılacaq

01.12.2023 13:04 1 104
Naxçıvan səhiyyəsində yenilik: Orqan transplantasiyası əməliyyatları aparılacaq
“Naxçıvanda yaxın aylarda orqan transplantasiyasına nail olacağıq”.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bunu Naxçıvanda keçirilən ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş orqan transplantasiyası mövzusunda beynəlxalq konfransda Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samıq Sadıxov deyib. S.Sadıxovun sözlərinə görə, yaxın günlərdə bununla bağlı Naxçıvandan olan 30 tibb bacısı Türkiyədə, Türkiyədən olan 30 tibb bacısı isə Naxçıvanda kurslara cəlb olunacaq:

“Bununla bağlı işlər davam etdirilir”.

Qeyd edək ki, Naxçıvan MR Səhiyyə Nazirliyi, Türkiyənin “Medical Park” Xəstəxanalar Qrupu və Naxçıvan Həkimlər Assosiasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Orqan transplantasiyası” adlı beynəlxalq konfransda dünyada, Türkiyədə və Azərbaycanda orqan transplantasiyası sahəsindəki hazırkı vəziyyətlə bağlı müzakirələr aparılır, məruzələr olunur.скачать dle 11.3
Mojo.az Banner