Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Məzunlar 25 il sonra görüşüblər: 1966-cı ildən nadir görüntülər - VİDEO

29.11.2023 17:45 1 785
Məzunlar 25 il sonra görüşüblər: 1966-cı ildən nadir görüntülər - VİDEO
1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun məzunu olmuş məşhur həkimlərin yubiley görüşünün videosu yayılıb.

“Qızıl Fond”da saxlanılan həmin görüşün videosu Azərbaycan Televiziyasının “Telesəhər” musiqi-informasiya proqramında yayımlanıb.

Sujetdə bildirilib ki, 1941-ci ilin məzunlarının 25 ildən sonra görüşü təntənə ilə qeyd olunub.

1966-cı ildə keçirilən həmin görüşdə məşhur məzunlar - uzun illər Krupskaya adına 5 nömrəli doğum evinin direktoru işləmiş Sosialist Əməyi Qəhrəmanı Şamama Ələsgərova, 20 nömrəli poliklinikanın baş həkimi Ruxsarə Abdullayeva, həyatını elmə həsr etmiş tibb elmlər doktoru Nurəli Bünyadov və Azərbaycan SSR əməkdar elm xadimi tibb elmlər doktoru Əhməd Abasquliyev iştirak edib.

O da qeyd edilib ki, məzunlar əmək fəaliyyətinə çətin şəraitdə başlayıb. Onların həyat yolu hərbi hospitallar və tibb məntəqələrindən keçməli olub.

Sözügedən görüşdə yubliyarları təbrik edənlər arasında Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri akademik Mustafa Topçubaşov olub.

Ətraflı videonu təqdim edirik:

Son xəbərlər