Mojo.az Banner
21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |     19:42 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - Video  |     19:36 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı  |     19:29 Rusiya səfiri Moldova XİN-ə çağırılıb  |     19:25 Cəlilabadda ev yandı  |     19:05 Ermənistan MN-dən Zəngəzurdakı hadisə ilə bağlı açıqlama  |     18:52 Kütləvi qida zəhərlənmələri niyə baş verir? - AQTA-dan açıqlama  |     18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |     18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş arvadını yaraladı və ərini öldürdü: Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə qanlı qarşıdurma

29.11.2023 16:46 1 737
Keçmiş arvadını yaraladı və ərini öldürdü: Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə qanlı qarşıdurma
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Tüllər kəndində silahlı insident nəticəsində ər öldürülüb, arvadı isə yaralanıb.

Hadisə ötən gecə Saqarecoda (Kaxeti) baş verib. Cinayətin qadının keçmiş əri tərəfindən törədildiyi bildirilir.

Məlumata görə, 35 yaşlı qadının vəziyyəti ağırdır, həkimlər onun həyatı üçün mübarizə aparırlar.

“Qadının bədənində çoxlu yara var, ən böyüyü sağ bud nahiyəsindədir - açıq sınıq yarasıdır. Pasiyent müvafiq hazırlıqdan sonra əməliyyat şöbəsinə köçürüləcək. Ümumi vəziyyəti ağırdır, biz hər şeyin yaxşı bitməsini təmin etmək üçün əlimizdən gələni edirik”, - deyə xəstəxananın həkimi Pavle Petriaşvili jurnalistlərə bildirib.

Yerli sakinlərin sözlərinə görə, təqsirləndirilən şəxs əvvəlcə keçmiş arvadına çoxsaylı xəsarət yetirib, daha sonra qadının hazırkı ərinə bir neçə dəfə atəş açıb. 40 yaşlarında olan kişi yerindəcə keçinib.

Cinayətin nədən baş verdiyi məlum deyil. Əraziyə kriminal ekspertlər cəlb ediliblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” və “Öldürməyə cəhd” maddələri ilə istintaq başlanılıb.

Mənbə: Sputnik-georgia.ruскачать dle 11.3
Mojo.az Banner