Mojo.az Banner
20:35 Yaşıllıqlara 47 540 manat ziyan dəyib  |     20:29 Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb  |     20:22 Azərbaycanda bu qədər şəxsin pensiyası artacaq  |     20:17 “Bakı Metropoliteni”nə yeni səlahiyyət verildi  |     20:09 Süni intellekt şöbəsinin işçilərinin kompüteri yoxdur? - AMEA prezidentindən açıqlama (VİDEO)  |     20:04 “Elə məbləğ desinlər ki, dördotaqlı evdən çıxanda ikiotaqlı ala bilək” - Səbaildə narazılıq (VİDEO)  |     19:55 Şənbə günü Azərbaycanda güclü yağış yağacaq  |     19:50 Xanım məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı  |     19:42 Qaxda əməliyyat - İki nəfər həbs edildi  |     19:37 Zorakılıqdan zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib  |     19:30 Bəzi apteklərdə dərmanlar niyə hissə-hissə satılmır? - VİDEO  |     19:24 Cinayətdə şübhəli bilinən 41 nəfər tutuldu  |     19:15 Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO  |     19:10 Balina okeanda yaxtanı batırdı  |     19:03 Daha bir ölkə ölüm hökmünü bərpa edir - 33 il sonra  |     18:57 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib  |     18:54 “Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü  |     18:28 İdarə Heyətindən çıxarılanlar kimlərdi? - DOSYE  |     18:20 Canlı yayımda təhqirə yol verən daha bir tiktoker həbs olundu - Foto  |     17:59 Rəşad Daşdəmirov, Fərid Usubov və digərləri ev dustaqlığına buraxıldılar  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma İDDİASI: DİN hərəkətə keçdi - YENİLƏNİB

25.11.2023 14:18 2 811
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma İDDİASI: DİN hərəkətə keçdi - YENİLƏNİB
Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif yoldaşına kəsici alətlə daxilə nüfuz etməyən xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, məktəblinin xəsarət alması ilə əlaqədar onun valideyni ilə birlikdə təhqiqat təmin edilib, zəruri istintaq hərəkətlərinin aparılması məqsədi ilə araşdırma aparılır.

* * * * *

Bakı şəhəri 75 nömrəli məktəbdə bıçaqlanma olmasına dair yayılan məlumata aydınlıq gətirilib.


Məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 24.11.2023-cü il tarixində 7-ci sinifdə təhsil alan iki şagird arasında tənəffüs vaxtı mübahisə yaranıb.

“Mübahisə zamanı şagirdlərdən biri əlindəki naməlum əşya ilə digər məktəblinin qarın nahiyəsini cızıb. Məktəb rəhbərliyi tərəfindən dərhal məsələyə müdaxilə edilib. Xəsarət alan şagird məktəbin tibb işçisi tərəfindən yoxlanılıb və ciddi bir xəsarət aşkar olunmayıb.

Daha sonra hər iki şagirdin valideynləri məktəbə dəvət olunaraq onlardan izahat alınıb və akt tərtib edilib. Hər iki şagirdin valideynləri arasında qarşılıqlı anlaşma yaranıb, övladlarına daha ciddi nəzarət edəcəklərini bildiriblər”, - deyə qeyd edilib.
скачать dle 11.3
Mojo.az Banner