Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanda doğum pulsuz oldu

21.11.2023 23:16 1 437
Gürcüstanda doğum pulsuz oldu
Gürcüstan Səhiyyə Nazirliyi zəruri hallarda qeysəriyyə əməliyyatı da daxil olmaqla, doğumun tam maliyyələşdirilməsinə qərar verib.

"Report” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

"Ümumi Tibbi Sığorta proqramı çərçivəsində doğuş və qeysəriyyə əməliyyatları bütün vətəndaşlar üçün tam şəkildə maliyyələşdiriləcək. Maliyyələşdirməyə həkim seçimi və ağrıkəsici dərmanların qiyməti, həmçinin dərman, qida və həm birbaşa, həm də dolayı xərclər daxildir. Müvafiq olaraq, pasiyentlər heç nə ödəməyəcək”, - məlumatda deyilir.

Vurğulanıb ki, tibbi səbəblərə görə deyil, pasiyentin istəyi ilə qeysəriyyə əməliyyatı, həmçinin VİP palatada göstərilən xidmətlər ödənişli olaraq qalacaq. Qəbul edilən dəyişikliklərə əsasən, doğuş və qeysəriyyə əməliyyatı tarifləri bir-birinə bərabər olub. Xidmətin dəyəri 1,2 min lari (təxminən 750 manat) təşkil edir və Ümumi Tibbi Sığorta proqramına daxil olan bütün tibb müəssisələrində qarşılanacaq.

Nazirlikdən qeyd edilib ki, təbii doğuş və qeysəriyyə əməliyyatlarının qiymətləri eyni olması tibb işçilərinin qeysəriyyə əməliyyatına daha çox meyl etməsinin qarşısını almaq üçün atılan addımdır. Hazırda Gürcüstanda qeysəriyyə əməliyyatı ilə doğum yüksək göstəricisiyə malikdir.скачать dle 11.3
Mojo.az Banner